Metroya görə 6 ekspres avtobus xətti fəaliyyətə başlayacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bakı Metropoliteni" QSC tərəfindən xətlərin ayrılması layihəsi çəçivəsində "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti inşaat işləri bitənə qədər dayandırılacaq. "28 May" və "Nizami" stansiyaları arasında birbaşa metro əlaqəsinin olmaması səbəbindən yaranacaq çətinliklər nəzərə alınaraq, yerüstü nəqliyyatda əlavə dəstəkləyici tədbirlərin təşkilinə dair qərar qəbul olunub.
AYNA-dan Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, AYNA tərəfindən əlavə ekspres xətlərin yaradılması və mövcud xətlərin gücləndirilməsi ilə bağlı tədbirlər görülməsi nəzərdə tutulur.
Qeyd olunub ki, layihənin icrasına başlanıldığı vaxtdan etibarən müxtəlif istiqamətlərdə 6 yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək və bir sıra mövcud marşrut xətlərindəki nəqliyyat vasitələrinin sayı artırılacaq.
Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək davam edəcək.
Yeni ekspres xətləri bunlardır:
M1 - Metronun "Elmlər Akademiyası" və "28 May" stansiyaları arasında
M2 - Metronun "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları arasında
M3 - Metronun "20 Yanvar", "Nizami" və "28 May" stansiyaları arasında
M4 - Metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları arasında
M5 - Metronun "20 Yanvar" və "Gənclik" stansiyaları arasında
M6 - Metronun "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları arasında
Bildirilib ki, əlavə olaraq 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165,199, 202 nömrəli marşrutlarda avtobusların sayı artırılacaq və intervalı aşağı salınacaq.
Metronun bağlanması müddəti ərzində əlavə tələbat yaranacaq marşrutlarda avtobus sayının artırılması nəzərdə tutulur.
Sərnişinlər alternativ marşrutlar barədə məlumatı "AYNA MaaS" tətbiqi vasitəsilə də əldə edə bilərlər.
Layihənin icra müddətində metronun "28 May", "20 Yanvar", "İnşaatçılar" və "Elmlər Akademiyası" stansiyalarının qarşısında könüllülər sərnişinlərə dəstək göstərəcəklər.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Dəmir yolunun yaxınlığında tikinti və əkinlə bağlı yeni qərar
-
“Yer 7 saniyəlik çəkisiz qalacaq” iddiasına rəsmi cavab
-
İxracatçıların daşıma xərclərinin bir hissəsini dövlət qarşılayacaq
-
Metroya görə 6 ekspres avtobus xətti fəaliyyətə başlayacaq
-
Azərbaycanda 3 rayonun bir hissəsi qazsız qalacaq
-
Qatarlar bu stansiyalar arasında dayanacaq
XƏBƏR LENTİ
-
Şamaxı–İsmayıllı yolunda avtomobil yanıb
-
Dəmir yolunun yaxınlığında tikinti və əkinlə bağlı yeni qərar
-
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
-
“Yer 7 saniyəlik çəkisiz qalacaq” iddiasına rəsmi cavab
-
İxracatçıların daşıma xərclərinin bir hissəsini dövlət qarşılayacaq
-
Azərbaycanlı bloger Hüseyn Həsənov 4 il həbs cəzası aldı
-
Erməni məhsullarına Rusiyada qadağa
-
Metroya görə 6 ekspres avtobus xətti fəaliyyətə başlayacaq
-
Cənubi Koreyada rekord istilər can aldı - Ölənlərin sayı artır
-
Azərbaycanda 3 rayonun bir hissəsi qazsız qalacaq
-
Qatarlar bu stansiyalar arasında dayanacaq
-
Azərbaycan millisinin futbolçusu “İmişli” klubuna keçdi
-
Susuzluq Ucarda həyatı iflic edib
-
Yaxın günlərdə yumurta qiymətləri enəcək?
-
"Dentera Dental Clinic" inkişaf strategiyasının növbətimərhələsini elan edib - (Foto)
-
Metro xəttləri ayrılır: Əvəzləyici avtobuslar ödənişli olacaq? - Rəsmi
-
Türkiyə gəmilərinə Qara dənizdə dron hücumu: Yaralılar var
-
215 nəfərin öldüyü vulkan yenidən püskürdü
-
Qeydiyyatsız qalan əcnəbiləri hansı cəza gözləyir?
-
İran: Hörmüzdə vurulan gəmilər silah və sursat daşıyırdı
-
“Barselona”nın qapıçısı Ter Ştegen “Ayaks”a keçdi
-
Prezident İlham Əliyev Gömrük Məcəlləsinə dəyişiklikləri təsdiqləyib
-
Ordubadın 41 yaşlı yeni icra başçısı: Nurlan Hacıyev kimdir?
-
Culfanın yeni icra başçısı kimdir? - Dosye





