Dünya

Sevastopolda hərbçi əsgər yoldaşlarını və mülki şəxsləri güllələyib: Ölənlər var

4 Avqust 2026 11:00
Baxış: 385
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sevastopol yaxınlığında hərbçi tərəfindən atəş açılması nəticəsində 4 nəfər ölüb, 4 nəfər yaralanıb.

"Vedomosti"nin məlumatına görə, hadisə Xmelnitskoye kəndində baş verib. Məlumatı regionun qubernatoru Mixail Razvojayev açıqlayıb.

Bildirilib ki, hərbçi əvvəlcə xidmət yoldaşlarına atəş açıb. Nəticədə bir hərbçi həyatını itirib, digəri isə yaralanıb.

Daha sonra kəndə gedən şəxs burada 71 və 59 yaşlı iki kişi, eləcə də 64 yaşlı qadını güllələyərək öldürüb. Hadisə zamanı daha üç mülki şəxs xəsarət alıb.

Atışmanı törətməkdə şübhəli bilinən hərbçi saxlanılıb. Yaralılara tibbi yardım göstərilir, hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.