İşçiləri sevindirəcək yenilik
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda işçilərin çalışdıqları müəssisədə pay və ya səhm sahibi olmalarını təşviq edən yeni hüquqi mexanizmin tətbiqi nəzərdə tutulur. Bu məqsədlə qanunvericiliyə "işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə" anlayışı əlavə edilib.
Milli.Az xəbər verir ki, yeni qaydalara əsasən, işəgötürən və ya şirkətin təsisçisi işçi ilə ayrıca müqavilə bağlamaqla ona müəssisənin payını və ya səhmini müxtəlif şərtlərlə əldə etmək imkanı yarada biləcək. Bu imkan payın və ya səhmin ödənişsiz verilməsi, güzəştli qiymətlə satılması və ya əvvəlcədən müəyyən olunmuş qiymət əsasında gələcəkdə alınması hüququnu əhatə edə bilər.
Lakin işçi bu hüququ avtomatik şəkildə əldə etmir. Bunun üçün tərəflər arasında ayrıca müqavilə bağlanmalı və həmin sənəddə nəzərdə tutulan şərtlər tam yerinə yetirilməlidir. Məsələn, işçinin müəyyən müddət şirkətdə fəaliyyət göstərməsi, yaxud şirkətin və ya işçinin əvvəlcədən müəyyən edilmiş performans göstəricilərinə və hədəflərə çatması kimi tələblər qoyula bilər.
Qanunvericiliyə əsasən, bu plan çərçivəsində işçinin əldə etdiyi pay və ya səhm əməkhaqqısının tərkib hissəsi hesab edilmir və əməkhaqqının əvəzinə təqdim oluna bilməz.
Sözügedən mexanizm xüsusilə startaplar, innovasiya yönümlü və texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər üçün əhəmiyyətli yenilik sayılır. Bu yanaşma şirkətlərə əməkdaşları uzunmüddətli fəaliyyətə həvəsləndirmək və onların müəssisənin inkişafında daha maraqlı tərəfə çevrilməsini təmin etmək üçün işçilərə səhmdar və ya payçı olmaq imkanı yaratmağa şərait verəcək.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Xankəndidə Zəfər konserti: Ərdoğanın sevdiyi mahnı səsləndirildi - (Video)
-
Azərbaycanın və Türkiyənin birinci xanımları çay masası əsnasında söhbət ediblər - (Foto/Video)
-
Peru mətbuatı Zəfər Günündən yazıb
-
Azərbaycan bayrağı Brandenburq qapısının önündə dalğalandı
-
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - (Foto)
-
Elnur Ənvəroğlu TVNET kanalına açıqlama verib - (Video)
XƏBƏR LENTİ
-
Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur - Ərdoğan
-
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - (Foto)
-
“Nazpərini yamsılayanları qəbul edə bilmirəm” -
-
Xankəndidə Zəfər konserti: Ərdoğanın sevdiyi mahnı səsləndirildi - (Video)
-
Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verib
-
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
-
Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırıb
-
Azərbaycanın və Türkiyənin birinci xanımları çay masası əsnasında söhbət ediblər - (Foto/Video)
-
Rəcəb Tayyib Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər
-
Prezident İlham Əliyev və Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı Soyqırımı Memorialını ziyarət ediblər
-
Peru mətbuatı Zəfər Günündən yazıb
-
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
-
Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır - (TAM NİTQ) - (Video)
-
Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur
-
Azərbaycan bayrağı Brandenburq qapısının önündə dalğalandı
-
Prezident İlham Əliyev: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
-
Prezident İlham Əliyev Türkiyə ilə münasibətlər barədə: Heç kimə imkan vermərik ki, bizim aramıza girsin
-
Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar
-
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - (Foto)
-
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur
-
Prezident İlham Əliyev: Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq - (Video)
-
Prezident İlham Əliyev: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi - (Video)
-
Prezident İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir - (Video)
-
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər





