Xəyanət birdən-birə baş vermir: Kişilər aldatmağa məhz belə başlayırmış
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Münasibətlər zamanla nə üçün köhnəlir, xəyanət əslində nə vaxt başlayır? Yeni bir araşdırma və klinik psixoloq Qabriela Markın dəyərləndirmələri göstərdi ki, sədaqətsizlik çox vaxt anlıq bir qərar deyil, cütlüklər arasındakı emosional bağın səssizcə zəiflədiyi uzun bir prosesin nəticəsidir.
Milli.Az xəbər verir ki, münasibətlər adətən bir gecədə bitmir. Mütəxəssislərə görə, sədaqətsizlik də qəfil ortaya çıxan hal deyil; əksinə, cütlüklər arasında emosional bağın zamanla zəifləməsindən sonra inkişaf edən uzun bir prosesin sonudur. Psixologiya və Təhsil Elmləri Fakültəsində baş klinik psixoloq və müəllim olan Qabriela Mark açıqlamasında bir kişinin alqı-satqıdan (xəyanətdən) əvvəl zəhnində baş verən dəyişiklikləri və münasibətlərin addım-addım necə aşındığını danışıb.
"Sexual and Relationship Therapy" jurnalında dərc olunan bir araşdırma bəzi insanların münasibətlərində problem yaşayarkən çıxış yolu axtardığı halda, digərlərinin niyə sədaqətsizliyə daha çox meyilli olduğunu incələyib. Hindistanda 303 şəxs üzərində aparılan araşdırmada iştirakçıların münasibətdən məmnunluq səviyyəsi, sədaqətsizliyə münasibəti və sosioseksual meyilləri qiymətləndirilib.
Tədqiqatçılar münasibətdən narazılığın birbaşa aldatmaya səbəb olmadığını vurğulayıblar. Araşdırılan mövzu iştirakçıların aldatmaya baxış bucağı idi, real davranışları deyil. Buna görə də nəticələr səbəb-nəticə əlaqəsini deyil, dəyişənlər arasındakı əlaqəni ortaya qoyur.
"İnsanlar dəyişir, münasibətlər də dəyişməlidir"
Qabriela Marka görə, bir çox insan sevgini sonda təhlükəsiz və dəyişməyəcək bir limana çatmaq kimi görür. Həyatın reallığı isə bunun tam əksini sübut edir: "İnsanlar yaşadıqları hər təcrübə ilə dəyişirlər. Sevinclər, itkilər, uğurlar və uğursuzluqlar kimliyimizi formalaşdırır. Bu gün yanımızdakı insan illər əvvəl tanış olduğumuz insan deyil. Ən əsası odur ki, münasibət bu dəyişikliyə necə uyğunlaşır". Mark qeyd edir ki, cütlüklərin bir-birini kəşf etməyi dayandırması münasibətdəki ən böyük qırılma nöqtələrindən biridir.
Ekspert-psixoloqun sözlərinə görə, yaxınlıq çox vaxt böyük bir dava üzündən deyil, fərq edilməsi çətin olan kiçik dəyişikliklərin zamanla yığılması ilə itir. Əvvəllər tərəfdaşlar bir-birini diqqətlə dinləyib maraqlandığı halda, zamanla bu marağın yerini "mən onu zatən tanıyıram" düşüncəsi alır. Beləliklə, heyranlıq vərdişə, maraq isə laqeydliyə çevrilir.
Eyni evdə yaşayıb bir-birinə yadlaşmaq mümkündür
Markın fikrincə, cütlüklər arasındakı emosional məsafə çox vaxt dramatik hadisələrlə deyil, gündəlik həyatın tempi içində səssizcə böyüyür. İş yoğunluğu, yorğunluq və məsuliyyətlər səbəbindən sadəcə eyni yerdə vaxt keçirməyin münasibətin yaşaması üçün yetərli olduğu zənn edilir. Lakin eyni evi, eyni masanı və eyni yatağı paylaşan iki insan zamanla bir-birinin daxili dünyasına yadlaşa bilər.
Bu prosesdə tənha olmaq hissəsi də fərqli şəkil alır. İnsan tərəfdaşı yanında olmasına baxmayaraq, artıq həqiqətən görülmədiyini və başa düşülmədiyini hiss edə bilər.
Sədaqətsizlik əslində nə vaxt başlayır?
Qabriela Marka görə xəyanət üçüncü bir şəxsin ortaya çıxdığı anda başlamır. Mütəxəssis bildirir ki, bir çox cütlükdə sədaqətsizlikdən çox əvvəl emosional qopma baş verir. Tərəfdaşın qorxularını, xəyallarını, məyusluqlarını və yaşadığı dəyişiklikləri maraqla izləməyi dayandırdığımız an münasibət zəifləməyə başlayır. Məhz buna görə də aldatma uzun müddətdir davam edən bir prosesin yalnız görünən hissəsidir.
Hər bədbəxt münasibət aldatma ilə bitmir
Araşdırma münasibətindən məmnun olmayan hər kəsin aldatmadığını da üzə çıxarıb. Elm adamlarının fikrincə, həlledici amil insanın öhdəlik tələb etməyən cinsi əlaqəyə münasibətidir. Bu fikrə daha isti yanaşan şəxslər münasibətlərində problem yaşayanda sədaqətsizliyi daha məqbul seçim kimi qiymətləndirə bilirlər.
Araşdırmada həmçinin kişilərin qadınlarla müqayisədə öhdəlik tələb etməyən münasibətlərə daha müsbət yanaşdıqları və münasibət böhranlarında aldatmağı düşünməyə daha meyilli olduqları üzə çıxıb. Bununla belə, tədqiqatçılar bu nəticələrin yalnız statistik meyilləri göstərdiyini vurğulayırlar. Aldatmanı məqbul görmək, insanın mütləq bunu edəcəyi demək deyil.
Yeni münasibət, yoxsa basdırılmış ehtiyaclar?
Marka görə insanlar yeni birinə maraq göstərdikdə əslində çox vaxt həmin yeni insana deyil, uzun müddətdir basdırdıqları ehtiyaclarına yönəlirlər. Mütəxəssis qeyd edir ki, bir çox insan yeni bir münasibət sayəsində yenidən güldüyünü, maraq duyğusunu xatırladığını və ya əvvəlki kimi hiss etməyə başladığını söyləyir. Lakin bunun əksər vaxt uzun müddətdir laqeyd qalan daxili "mən" ilə əlaqədar olduğunu vurğulayır. Buna görə də tərəfdaş dəyişdirməyin həmişə problemi həll etmədiyini deyən Mark, insanın öz içindəki əksiklikləri fərq etmədiyi müddətdə eyni dövrənin fərqli münasibətlərdə təkrarlana biləcəyini qeyd edir.
"Səbəbi anlamaq, xəyanətə haqq qazandırmaz"
Psixoloq vurğulayır ki, aldatmanın psixologiyasını başa düşmək heç bir şəkildə bu davranışı təmizə çıxarmır. Marka görə sədaqətsizlik cütlüklərin yaşaya biləcəyi ən ağır etibar böhranlarından biridir. Aldadılan insan çox vaxt həyatının mənasını itirdiyini hiss edir və bu ağrını anlamaq və ya izah etmək aldatan tərəfin məsuliyyətini ortadan qaldırmır.
Əsl sədaqət nədir?
Qabriela Mark bildirir ki, əsl sədaqət sadəcə münasibətə üçüncü bir şəxsin girməməsi demək deyil. Ona görə sədaqət zamanla dəyişən tərəfdaşı yenidən tanımağa həvəsli olmaq, marağı canlı saxlamaq və bir-birinin daxili dünyasına maraq göstərməyə davam etmək deməkdir. Mütəxəssis bu qiymətləndirməni edir: "Sevgi bəlkə də eyni qalmağı deyil, dəyişərkən bir-birimizi yenidən tapmaqdan əl çəkməməyi tələb edir. Əsl sədaqət də məhz burada başlayır".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Xəyanət birdən-birə baş vermir: Kişilər aldatmağa məhz belə başlayırmış
-
Pendiraltı suyu nədir və faydaları nələrdir?
-
Meyvələrin üzərindəki ağ təbəqə kir deyilmiş: Mütəxəssislər əsl səbəbi açıqladı
-
Gəncədə təcili yardım maşını qəzaya düşdü (Video)
-
Türk gəmisi vuruldu - ağır yaralılar var - Yenilənib - (Video)
-
Günün qoroskopu: Reallıq ilə xəyal dünyası arasındakı sərhədlər itir
XƏBƏR LENTİ
-
Xəyanət birdən-birə baş vermir: Kişilər aldatmağa məhz belə başlayırmış
-
Pendiraltı suyu nədir və faydaları nələrdir?
-
Ceki Çan Bakıda (Foto)
-
Meyvələrin üzərindəki ağ təbəqə kir deyilmiş: Mütəxəssislər əsl səbəbi açıqladı
-
“Çelsi” Kukurelyanın yerinə Çavarriyanı transfer etdi
-
Zalujnı: Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq
-
Gəncədə təcili yardım maşını qəzaya düşdü (Video)
-
Ulduz hücumçu "Barselona"ya keçmək üçün maaşını endirməyə hazırdır
-
Sabah bəzi ərazilərdə işıq olmayacaq
-
Türkiyə klubu Nəriman Axundzadənin transferini elan etdi - Yenilənib
-
Türk gəmisi vuruldu - ağır yaralılar var - Yenilənib - (Video)
-
Günün qoroskopu: Reallıq ilə xəyal dünyası arasındakı sərhədlər itir
-
Qardaşı oğlu ilə dənizdə batan Arisin (Fotosu)
-
Açıq sarı, tünd sarı, narıncı - Rəngi belə olan yumurtanı əsla yeməyin
-
15 yaşlı oğlan və əmisi dənizdə batdı - Yenilənib
-
İllərdir səhv dəmləyirmişik: 1 ədəd əlavə etmək kifayətdir
-
“Atam o hadisədən sonra valideynlərindən, bacı və qardaşlarından uzaq düşür” (Foto)
-
İmişlidə zəlzələ oldu
-
Olqa Stefanişina vəzifəsindən azad edildi
-
Tramp: İran heç vaxt nüvə silahına sahib olmayacaq
-
"48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi"
-
Nuridə Məmmədova vəzifəsindən azad edildi
-
İstanbulda torpaq sürüşməsi baş verib, dağıntılar altında qalanlar var (Foto)
-
“Yaprak Dökümü”nun aktyoru “Uzak Şehir”də (Foto)





