Bu 5 dərmanı əsla avtomobilin əşya qutusunda saxlamayın
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avtomobilin əşya gözü və ya salonu praktiki saxlama yeri kimi görünsə də, yay aylarında yaranan yüksək temperaturlar bəzi dərmanların strukturunu poza bilər. Mütəxəssislər xüsusilə isti havalarda avtomobildə saxlanılan bəzi dərmanların təsirini itirə biləcəyi, hətta sağlamlıq üçün risk yarada biləcəyi barədə xəbərdarlıq edirlər.
Milli.Az xəbər verir ki, günəş altında park edilən avtomobillərdə salonun istiliyi qısa müddətdə tövsiyə olunan saxlama şərtlərinin çox üzərinə çıxa bilir. Dərmanların böyük hissəsi isə 20-25 dərəcə arasında, sərin və quru mühitdə saxlanılmaq üçün istehsal olunur. Bu hədlərin aşılması təsiredici maddələrin pozulmasına və müalicənin gözlənilən nəticəni verməməsinə səbəb ola bilər.
İstilikdən ən çox təsirlənən dərmanlar
Mütəxəssislərə görə, xüsusilə insulin, nitroqliserin, astım İnhalyatorları (püskürdənlər), maye antibiotiklər və soyuq zəncirdə saxlanılması lazım olan bioloji dərmanlar yüksək temperatura qarşı çox həssasdır. Bunların yanında bəzi göz damlaları və iynə qələmləri də isti mühitdə saxlanıldıqda təsir gücünü itirə bilər. Dərmanların xarici görünüşündə heç bir əlamət olmasa belə, yüksək temperatura məruz qalmaları tərkiblərindəki aktiv maddələrin zədələndiyi mənasına gələ bilər. Buna görə də uzun müddət isti avtomobildə qalan dərmanların istifadə edilməzdən əvvəl əczaçıya və ya həkimə göstərilməsi tövsiyə olunur.
Bir çox insan dərmanlarını əşya gözündə saxlamağa üstünlük versə də, bu hissə də avtomobilin qalan yeri kimi həddindən artıq istilikdən təsirlənir. Xüsusilə yay aylarında günəş altında qalan avtomobillərdə salonun istiliyi 70-80 dərəcəyə qədər qalxa bilir. Buna görə də mütəxəssislər dərmanların avtomobildə saxlanılmamasını, əgər daşınmaları zəruridirsə, izolyasiyalı daşıma çantasında qorunmasını məsləhət görürlər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
İllər əvvəlki fotoları gündəm oldu
-
Məşhur türk aparıcı kişi axtarır: “Çox varlı olsun, yaxşı öpməyi bacarsın”
-
“Şahzadə Mustafa”dan etiraf
-
Xalq artisti göz yaşı tökdü: “Qızımın cehizləri qırmızı lentlə bağlı qalıb” - (Video)
-
Bu həftə ən çox qazanacaq BÜRCLƏR
-
Brüs Uillisin qızından duyğulandıran paylaşım - (Video)
XƏBƏR LENTİ
-
COP31 Türkiyədə öz işinə başlayıb
-
Pensiyalar bu tarixdə ödəniləcək
-
Prezident İlham Əliyev Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif edib
-
İllər əvvəlki fotoları gündəm oldu
-
Mingəçevirdə 27 yaşlı kişi bıçaqlandı
-
Rusiya və Ukrayna ABŞ-ın vasitəçiliyi ilə danışıqlar aparacaq
-
Məşhur türk aparıcı kişi axtarır: “Çox varlı olsun, yaxşı öpməyi bacarsın”
-
Həmin ölkələrdən ödəniş tələb etdi: "Tramp olmasaydı, İsrail mövcud olmazdı"
-
Azərbaycanlı biznesmenin 141 milyonluq mülkünə həbs qoyuldu
-
“Şahzadə Mustafa”dan etiraf
-
Füzuli Rzaquliyev vəfat etdi
-
Xalq artisti göz yaşı tökdü: “Qızımın cehizləri qırmızı lentlə bağlı qalıb” - (Video)
-
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib - Yenilənib - Foto
-
Bu həftə ən çox qazanacaq BÜRCLƏR
-
Türkiyədə iki yüksək vəzifəli şəxs tutuldu
-
Brüs Uillisin qızından duyğulandıran paylaşım - (Video)
-
800 illik qala 1 avroya satılır - (Foto)
-
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərində - (Foto-Video)
-
Özcan Denizin arvadı ağır əməliyyat keçirəcək
-
Sabahın havası açıqlandı
-
Şəbnəm Tovuzlunun makiyajsız halı müzakirə yaratdı - (Video)
-
Maduro həbsxanada Quran oxumağa başlayıb
-
İmişlidə ağır qəza: Ölənlər var
-
“Nvidia”nın rəhbəri xəyanətə görə üzr istədi





