Hadisə, Kriminal

Polis qanunsuz saxlanılan avtomat və patronlar aşkarladı

4 Avqust 2026 10:38
Baxış: 232
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Avqustun 3-də polis əməkdaşları tərəfindən paytaxtda və ölkənin müxtəlif rayonlarında qanunsuz saxlanılan odlu silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində 1 ədəd avtomat silah, 1 patron darağı və 30 ədəd patron götürülüb.

Bildirilib ki, DİN tərəfindən qanunsuz dövriyyədə olan odlu silah və sursatların aşkar edilərək götürülməsi istiqamətində əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.