Cəmiyyət

"Quba Palace"da qolf turniri keçirildi - (Video/Foto)

4 Avqust 2026 11:52
Baxış: 240
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda ilk dəfə yeniyetmələr arasında "Caspian Junior Cup 2026" beynəlxalq qolf turniri təşkil olunub.
 
Quba Palace Hotelin nəzdində fəaliyyət göstərən The National Azerbaijan Golf Clubda Hotelin təşkilatçılığı ilə keçirilən yarışda Qazaxıstan, Özbəkistan və Qırğızıstanın milli qolf federasiyalarını təmsil edən gənc idmançılar iştirak ediblər.
 
Turnir beynəlxalq yeniyetmələr üçün təşkil olunan qolf düşərgəsinin yekun tədbiri olub.
 
Mükafatlandırma mərasimində iştirakçı ölkələrin Azərbaycandakı diplomatları, dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri və digər qonaqlar iştirak ediblər.
 
"Caspian Junior Cup 2026" uşaq və yeniyetmə qolfunun inkişafına dəstək vermək, regional idman əməkdaşlığını gücləndirmək və Azərbaycanın beynəlxalq qolf xəritəsində mövqeyini daha da möhkəmləndirmək məqsədi daşıyır.
 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.