Bakıda möhtəşəm meteor yağışı izləniləcək - Tarix açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Perseid meteor yağışı avqustun 24-dək davam edəcək. Meteor axınının ən yüksək aktivliyi isə avqustun 13-də Bakı vaxtı ilə saat 06:00-da müşahidə olunacaq.
BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasından Milli.Az-a verilən məlumata görə, Perseid meteor yağışı parlaq və sürətli meteorları ilə seçilir. Bu meteorların bir çoxu atmosferə daxil olarkən uzun işıq izləri yaradır ki, bu da onları digər meteor axınlarından fərqləndirir.
Məlumata əsasən, meteorların mənbəyi Persey bürcündə yerləşdiyi üçün bu hadisə Perseidlər adlanır. Bakıdan həmin istiqamət gecə boyunca müşahidə edilə bildiyi üçün meteor yağışını uzun müddət izləmək mümkündür. Radiant səhər saatlarına yaxın ən yüksək nöqtəyə çatır və Bakı üçün bu vaxt təxminən saat 06:00-a təsadüf edir.
Perseid meteor yağışı "109P/Swift-Tuttle" kometinin orbit boyunca buraxdığı toz və kiçik qaya hissəciklərinin Yer atmosferinə daxil olması nəticəsində yaranır. Yer hər il avqust ayında həmin hissəciklər axınından keçir. Təxminən 59 km/saat sürətlə atmosferə daxil olan hissəciklər sürtünmə nəticəsində qızaraq yanır və səmada parlaq meteor izləri yaradır.
Astrofizika kafedrasının məlumatına görə, ideal şəraitdə Perseid meteor yağışının intensivliyi saatda təxminən 150 meteor ola bilər. Bakı şəhərində isə əlverişli hava və müşahidə şəraiti olduqda saatda təxminən 140 meteor görmək mümkündür.
Meteor yağışını izləmək üçün teleskop və ya xüsusi avadanlıq tələb olunmur. Bunun üçün şəhər işıqlarından uzaq, qaranlıq ərazi seçmək tövsiyə edilir. Xüsusilə avqustun 12-dən 13-nə keçən gecə və səhər saatlarında müşahidəçilər çoxsaylı meteorları görə biləcəklər.
Qeyd olunub ki, 2026-cı ildə Perseid meteor yağışının maksimum aktivliyi Yeni Ay fazasına təsadüf edir. Bu isə səmanın daha qaranlıq olmasına və meteorların daha aydın müşahidə edilməsinə imkan yaradacaq. Bu səbəbdən cari ilin Perseid meteor yağışı son illərin ən əlverişli müşahidə imkanlarından biri hesab olunur.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Populyar səhər vərdişi qan təzyiqini artırır: Risk qrupları açıqlandı
-
3 bürc üçün qaranlıq dövr bitir
-
Sobaya dəsmal asanlara mütəxəssislərdən xəbərdarlıq: Dərhal yığışdırın!
-
Fədayə Laçın vəfat edən Xalq artistinin arxiv fotosunu paylaşdı
-
ABŞ-də təyyarə qəzası - sərnişinlərin hamısı öldü
-
“Arsenal” səfərdə “Liverpul”u məğlub edib
-
Doğum gününüz haqqınızda nə deyir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - (Foto)
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
-
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
-
“Qalatasaray”da daha bir istefa
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz – Mətbuat Şurasının sədri
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu





