İdman

“Arsenal” səfərdə “Liverpul”u məğlub edib

2 Noyabr 2026 00:12
Baxış: 337
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İngiltərə Premyer Liqasının doqquzuncu turunda "Arsenal" səfərdə "Liverpul"u 1:0 hesabı ilə məğlub edib.

Milli.Az xəbər verir ki, "Enfild" stadionunda keçirilən görüşdə yeganə qolu 16-cı dəqiqədə Kai Haverts vurub.

Bu qələbə ilə "Arsenal" 24 xalla turnir cədvəlinin vahid lideri olub. 21 xalı olan "Mançester Siti" ikinci, 15 xalla "Liverpul" isə beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Arsenal" 2012-ci ildən sonra ilk dəfə Premyer Liqa çərçivəsində "Enfild"də qələbə qazanıb. London təmsilçisi növbəti oyununu noyabrın 7-də "Hall Siti"yə, "Liverpul" isə noyabrın 8-də "Kristal Pelas"a qarşı keçirəcək.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.