Siyasət

Prezident İlham Əliyev Gömrük Məcəlləsinə dəyişiklikləri təsdiqləyib

4 Avqust 2026 13:25
Baxış: 411

Prezident İlham Əliyev Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Dəyişikliyə əsasən, idxal olunan və barəsində texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul edilmiş mallara dair "Texniki tənzimləmə haqqında" qanuna əsasən tərtib edilən uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədləri gömrük orqanlarına təqdim edilməli və gömrük rəsmiləşdirilməsi zamanı yoxlanılmalıdır.

Sözügedən tələblər idxal edilən mallara yalnız müvafiq texniki reqlamentlərin və istinad edilmiş standartların hər ikisinin birlikdə qüvvəyə minməsindən 2 il keçdikdən sonra şamil olunacaq.

Prezident İlham Əliyev Gömrük Məcəlləsinə dəyişikliklərin tətbiqi barədə Fərman da imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti 6 ay müddətində gömrük orqanlarının vəzifəli şəxslərinin maddi və sosial təminatı ilə bağlı əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləğləri və təyin edilmə qaydası barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.