Hadisə

Sarayda zəncirvari qəza olub (Foto/Video)

8 Avqust 2026 21:31
Baxış: 226
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Abşeron rayonunun Saray qəsəbəsində dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, qəza Məhəmməd Əsədov küçəsində qeydə alınıb.

Belə ki, "BYD" və "Chevrolet" markalı minik avtomobilləri toqquşub. Toqquşmadan sonra idarəetmədən çıxan "Chevrolet" yol kənarında dayanmış "Ford" və "Range Rover" markalı avtomobillərə çırpılıb.

Hadisə nəticəsində avtomobillərə ziyan dəyib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.