Prezident İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub
Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Milli.Az xəbər verir ki, telefon söhbəti zamanı Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə məmnunluq ifadə olunub, Vaşinqton sülh zirvəsi və ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin və Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması ilə bağlı sazişin paraflanmasının regionda münaqişəyə son qoyduğu və sülhü təsbit etdiyi vurğulanıb.
Dövlətimizin başçısı Vaşinqton sülh zirvə görüşünə ev sahibliyi etməsinə və sülh gündəliyinə verdiyi töhfələrə görə Donald Trampa minnətdarlığını bildirib.
Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib.
Ötən bir il ərzində regionda sülh və sabitliyin təmin olunduğu, bölgədə sülhə xələl gətirə biləcək insidentin olmadığı məmnunluqla vurğulanıb.
Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana daşınması, iki ölkə arasında ticarət əlaqələrinin başlanması müsbət hallar kimi qeyd edilib.
Telefon danışığı əsnasında TRIPP layihəsinin regional bağlantılar baxımından əhəmiyyəti vurğulanıb, Azərbaycan ərazisində nəqliyyat infrastrukturu işlərinin başa çatmaq mərhələsində olduğu bildirilib.
Ermənistan ərazisində TRIPP layihəsi üzrə işlərin tezliklə başlanacağına ümidvarlıq ifadə olunub.
Dövlət başçıları, həmçinin ikitərəfli gündəliyə aid məsələləri müzakirə ediblər.
Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığa dair sənədin imzalanması tarixi hadisə kimi qiymətləndirilib, Azərbaycan-ABŞ əlaqələrinin keyfiyyətcə yeni yüksək səviyyəyə qalxdığı, strateji mahiyyət daşıdığı vurğulanıb və bunun da geniş bir bölgədə sülhə, sabitliyə töhfə verdiyi qeyd olunub.
Dövlətimizin başçısı G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib. Bu, ölkəmizə olan xoş münasibətin təzahürü kimi qiymətləndirilib.
Telefon danışığı zamanı Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır - Stiv Uitkoff
-
Prezident İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub
-
Azərbaycan və Ermənistan arasında sülh iqtisadi əməkdaşlığa yol açıb - Marko Rubio
-
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
-
Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - Şərh
-
Vaşinqton sammiti Azərbaycanın sülh gündəliyinin mühüm nəticəsidir - Sahil Kərimli
XƏBƏR LENTİ
-
“Əbədi dünyada Allaha ilk şikayətim səndən olacaq“ - Naibə Allahverdiyeva
-
“Real Madrid” Messiyə başsağlığı verib
-
Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır - Stiv Uitkoff
-
“Həyatımda nə qədər ilanlar, əqrəblər olub“ - Aygün Kazımova (Video)
-
Şəhid pilot Xəyyam Əliyevin məzarı dağıdıldı (Video)
-
Prezident İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub
-
"David Seliverstov" kimi tanınan dələduzun məşhur qohumluğu üzə çıxdı
-
“Baku Bus” Gəncədə qəzaya düşdü (Foto)
-
Azərbaycan və Ermənistan arasında sülh iqtisadi əməkdaşlığa yol açıb - Marko Rubio
-
Trampla Paşinyan arasında telefon danışığı olub
-
Koxalski "Qarabağ"ı Polşa klubuna dəyişir
-
Ən çox turist bu rayona gedib
-
Gürcüstanda dövlət bayraqları yarıya endirildi
-
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
-
İrandan Füzuliyə PUA ilə göndərilən narkotiki satmaq istəyənlər tutuldular
-
16 yaşlı qız evində ölü tapıldı
-
Yandırılaraq öldürülən ər-arvadın fotosu
-
İran Hörmüz boğazında yeni keçid marşrutu hazırlayır
-
Cinayətdə şübhəli bilinən 52 nəfər saxlanıldı
-
Türkiyə bu gəmilərin Qara dənizə keçidini məhdudlaşdırır
-
Messinin atası öldü
-
Bu içkilər gələcəkdə yüksək təzyiqə səbəb ola bilər - Araşdırma
-
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
-
“Qarabağ” onun üçün milyonluq təklifləri rədd etdi





