Vaşinqton sammiti Azərbaycanın sülh gündəliyinin mühüm nəticəsidir - Sahil Kərimli
2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Azərbaycan-ABŞ-Ermənistan üçtərəfli görüşü Cənubi Qafqazda uzun illər davam edən münaqişədən sonra formalaşmış yeni reallığın siyasi və diplomatik müstəvidə möhkəmləndirilməsi baxımından mühüm hadisədir.
Milli.Az xəbər verir ki, bu fikirləri Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.
Onun sözlərinə görə, Azərbaycan müharibədən sonra yaranmış yeni reallığı qarşıdurmanın davam etdirilməsi deyil, dayanıqlı sülhün və regional əməkdaşlığın təmin olunması istiqamətində istifadə edən ardıcıl siyasət həyata keçirib.
"Azərbaycan sülh prosesində təşəbbüskar mövqedən çıxış edərək iki ölkə arasında münasibətlərin qarşılıqlı suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında qurulmasını irəli sürüb. Bu yanaşmanın əsas məqsədi yalnız müharibənin başa çatdırılması deyil, gələcəkdə yeni qarşıdurma ehtimalını minimuma endirəcək hüquqi və siyasi çərçivənin formalaşdırılmasıdır", - deyə o bildirib.
S.Kərimli qeyd edib ki, 8 avqust görüşünün mühüm nəticələrindən biri Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin təsis olunması haqqında sazişin razılaşdırılmış mətninin paraflanması olub.
"Vaşinqtonda baş verənlərə yalnız bir sənədin paraflanması kimi yanaşmaq düzgün olmaz. Burada Azərbaycan-Ermənistan münasibətlərinin gələcək modelinin siyasi əsasları müəyyənləşdirildi, eyni zamanda uzun illər davam etmiş münaqişə arxitekturasının bir sıra elementlərinin tarixə çevrilməsi istiqamətində addımlar atıldı", - deyə siyasi şərhçi vurğulayıb.
S.Kərimli ABŞ Prezidentinin prosesdəki roluna da diqqət çəkib.
"Donald Trampın iştirakı ilə Ağ Evdə keçirilən görüş ABŞ-nin Cənubi Qafqazda dayanıqlı sülhə siyasi dəstəyinin mühüm göstəricisi oldu. Vaşinqtonun Azərbaycan və Ermənistan arasında sülh gündəliyinə verdiyi dəstək prosesin beynəlxalq siyasi çəkisini artırdı", - deyə o bildirib.
Siyasi şərhçi hesab edir ki, Vaşinqton razılaşmalarının ən mühüm xüsusiyyətlərindən biri sülh prosesinin yalnız siyasi müstəvidə saxlanılmamasıdır.
"TRIPP layihəsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən maneəsiz bağlantının yaradılması ideyası sülhü konkret iqtisadi və nəqliyyat maraqları ilə əlaqələndirir. Bu marşrutun reallaşması təkcə Azərbaycan üçün deyil, Ermənistan və bütövlükdə Cənubi Qafqaz üçün yeni tranzit və iqtisadi imkanlar yarada bilər", - deyə S.Kərimli əlavə edib.
O qeyd edib ki, sülhün davamlılığı üçün siyasi razılaşmaların iqtisadi məzmunla tamamlanması vacibdir.
"Bu gün Azərbaycanla Ermənistan arasında artıq müəyyən ticarət əlaqələrinin formalaşması da prosesin siyasi sənədlərdən praktiki müstəviyə keçdiyini göstərir. Qarşıdurma ilə xarakterizə olunan keçmiş münasibətlərin yerini tədricən iqtisadi əməkdaşlığın tutması sülhün möhkəmlənməsi baxımından mühüm amildir", - deyə siyasi şərhçi bildirib.
S.Kərimli hesab edir ki, 8 avqust görüşünün digər mühüm nəticəsi Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasıdır.
"Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün İşçi Qrupunun yaradılması, enerji, ticarət, tranzit, investisiya, süni intellekt, rəqəmsal infrastruktur, müdafiə və təhlükəsizlik kimi istiqamətlərin əməkdaşlıq gündəliyinə daxil edilməsi göstərir ki, Azərbaycan və ABŞ münasibətləri daha geniş və çoxşaxəli strateji çərçivəyə keçir", - o bildirib.
Onun sözlərinə görə, 907-ci düzəlişin tətbiqinin dayandırılması da Azərbaycan-ABŞ münasibətlərində uzun müddət mövcud olmuş problemlərdən birinin aradan qaldırılması baxımından əhəmiyyətli addımdır.
"Vaşinqton sammitinin əsas siyasi nəticəsi ondan ibarətdir ki, Azərbaycan müharibədən sonra yaranmış yeni reallığı sülh, diplomatiya, regional bağlantı və iqtisadi əməkdaşlıq sisteminə çevirmək istiqamətində ardıcıl siyasət yürüdür. Sülh sazişinin paraflanması mühüm mərhələdir, lakin qarşıda onun imzalanması və ratifikasiyası dayanır. Azərbaycan üçün əsas hədəf sadəcə kağız üzərində sülh deyil, hüquqi və iqtisadi əsaslara söykənən, uzunmüddətli və geri dönüşü olmayan sülhün təmin edilməsidir", - S.Kərimli vurğulayıb.
Siyasi şərhçi əlavə edib ki, bu baxımdan 8 avqust 2025-ci il yalnız bir görüşün tarixi kimi deyil, Cənubi Qafqazın yeni siyasi və iqtisadi mərhələsinin başlanğıcı kimi qiymətləndirilməlidir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
-
Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - Şərh
-
Vaşinqton sammiti Azərbaycanın sülh gündəliyinin mühüm nəticəsidir - Sahil Kərimli
-
Tarixi Zəfərdən mütləq sülhə
-
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik” - XİN
-
Vaşinqtonda Azərbaycan və Ermənistanın sülh sazişini paraflamasından bir il ötür
XƏBƏR LENTİ
-
İmişlidə ağır qəza: Xəsarət alanlar var
-
Restoran admistratoru xanım blogeri təhqir etdi - VİDEO
-
Sabahın hava proqnozu açıqlandı
-
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
-
Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - Şərh
-
Vaşinqton sammiti Azərbaycanın sülh gündəliyinin mühüm nəticəsidir - Sahil Kərimli
-
Sumqayıtda yol çökdü: Yaşayış binasına doğru irəliləyir
-
Pensiyaçılara şad xəbər
-
“Uşağınız üçün nəzarətçi tutun” – Bağçada valideynə tələb - İDDİA
-
Sumqayıtda avtomobil təmiri sexi yandı - (Video)
-
Rusiyanın itkiləri yeniləndi
-
Tarixi Zəfərdən mütləq sülhə
-
Xocavənddə traktor minaya düşdü
-
Azərbaycan vasitəsilə Ermənistana buğda və daş kömür göndəriləcək
-
Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür
-
Qobustanda avtomobil dirəyə çırpıldı - Ölən var
-
ABŞ Azərbaycanın regional liderliyini dəstəkləyir
-
Brent və WTI neftinin qiyməti artıb
-
Ukrayna məsələsi İtaliyada keçiriləcək seçkilərə təsir edə bilər
-
Yeni Zelandiya Rusiyaya qarşı 36-cı sanksiya paketini açıqladı
-
Təbii qazın qiyməti bahalaşdı
-
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik” - XİN
-
Azyaşlı şəkər xəstəsi olduğu üçün uşaq bağçasından kənarlaşdırılıb (Video)
-
Şan-şöhrəti atıb qoz istehsalçısı oldu: Burak Hakkının kənd həyatı (Foto)





