Vaşinqtonda Azərbaycan və Ermənistanın sülh sazişini paraflamasından bir il ötür
Vaşinqton Bəyannaməsinin imzalanmasından bir il ötür.
Milli.Az xəbər verir ki, 2025-ci il avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair Birgə Bəyannaməni imzalayıblar.
Birgə Bəyannamə ilə Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik ediblər. Bu kontekstdə, Azərbaycan Prezidenti və Ermənistan Baş naziri Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul ediblər və ölkələr arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Azərbaycan Prezidenti və Ermənistan Baş naziri, həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik ediblər və ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırıblar.
Azərbaycan Prezidenti və Ermənistan Baş naziri regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq ediblər. Bildirilib ki, bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir.
Eyni zamanda, Birgə Bəyannaməyə görə, Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcək. Azərbaycan Prezidenti və Ermənistan Baş naziri bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətlərini təsdiqləyiblər.
Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul ediblər. Qeyd edilib ki, dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılıb. Vurğulanıb ki, yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlər arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd və istisna ediblər.
Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri Vaşinqton Zirvə görüşünün regionda qarşılıqlı hörmət və sülhün irəlilədilməsi üçün möhkəm təməl təşkil edəcəyinə əminliklərini ifadə ediblər.
Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri vacib Vaşinqton Zirvə görüşünə ev sahibliyi çərçivəsində səmimi qonaqpərvərliyə və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ikitərəfli əlaqələrin normallaşdırılmasının irəlilədilməsinə vacib töhfələrinə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa dərin minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Azərbaycan və Ermənistanın ATƏT sədrliyinə birgə müraciətindən sonra ATƏT Nazirlər Şurasının 1 sentyabr 2025-ci il tarixində qəbul edilmiş qərarına uyğun olaraq, 30 noyabr 2025-ci il tarixində Minsk Prosesi və onun əlaqədar strukturlarının bağlanması yekunlaşıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Vaşinqtonda Azərbaycan və Ermənistanın sülh sazişini paraflamasından bir il ötür
-
Ceyhun Bayramov Ukrayna Təhlükəsizlik Şurasının katibi ilə görüşüb (Foto)
-
Zelenski Ceyhun Bayramovu qəbul edib (Foto/Video)
-
Ceyhun Bayramov Ukrayna Prezident Ofisinin rəhbəri ilə görüşüb (Foto)
-
“Türkiye Gazetesi”ndə mənə aid fikirlər təhrif olunub - Hikmət Hacıyev
-
Prezident İlham Əliyev Gömrük Məcəlləsinə dəyişiklikləri təsdiqləyib
XƏBƏR LENTİ
-
Xarab olmuş kərə yağını anlamanın sadə yolları
-
17 yaşlı qızın nişanında mediaya hücum olundu - (Video)
-
Sumqayıtda yol çöküb (Video)
-
“Ərzurumspor” Nərimanı belə qarşıladı - (Video)
-
Girişi pullu edilən İlisu şəlaləsinə qalxan yol bərbad vəziyyətdədir - (Video)
-
Vaşinqtonda Azərbaycan və Ermənistanın sülh sazişini paraflamasından bir il ötür
-
Günün qoroskopu: Səbirli olmaq hər şeyi həll edəcək
-
Gəncədə qəza olub, üç nəfər xəsarət alıb
-
Diş əti xəstəliyi diabet riskini artıra bilər - ARAŞDIRMA
-
8 otağı, 6 hamamı var - Salah bu evdə yaşayacaq - (Fotolar)
-
Kanalda boğulub ölən Muradın (Fotosu)
-
ABŞ Senatından Rusiya və İrana qarşı sərt addım: Sanksiyalar təsdiqləndi
-
Ravil Tağıyev vəzifəsindən azad edildi
-
Əməliyyatdan 12 gün sonra ölən Adillə bağlı cinayət işi açıldı
-
Azərbaycanda pivə istehsalı azalıb
-
İsmayıllıda ağır qəza - 5 nəfər yaralanıb
-
"Qızımın pullarını başqa qadınlara xərcləyir" - Ülkü Hilalın anası
-
Emil Əliyev Rusiyada yüksək vəzifəyə seçildi
-
Laçında yanğın olub - (Foto/Video)
-
Birgə Müdafiə Sazişi heç bir ölkəyə qarşı yönəlməyib - Ərdoğan
-
Vəkil İlqar Həmidov həbs edildi
-
Türkiyə gəmisi Novorossiysk yaxınlığında PUA hücumuna məruz qalıb
-
Röya illər sonra "Yaşıl Teatr" səhnəsində (Video)
-
Bakıdakı çəkiliş zamanı Ceki Çanın qolu zədələndi





