Türkiyə

Türkiyə gəmisi Novorossiysk yaxınlığında PUA hücumuna məruz qalıb

7 Avqust 2026 19:59
Baxış: 324
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiyanın Novorossiysk limanı sahillərində Türkiyə bayrağı altında üzən "MV Güllük" yük gəmisinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə nəticəsində itki olmayıb, lakin gəmiyə ziyan dəyib.

Bildirilib ki, dron Taman istiqamətində hərəkət edən gəminin yaşayış məntəqələrinə dəyib.

Gəmi İstanbula doğru yola düşüb, orada tam yoxlamadan keçəcək.

"MV Güllük" yük gəmisi 2002-ci ildə inşa edilib və beynəlxalq daşımalarla məşğuldur.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.