İkardi "Qalatasaray"ın təklifini rədd etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qalatasaray"la yollarını ayıran ulduz hücumçu Mauro İkardi son addımı ilə diqqət mərkəzinə düşüb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, argentinalı forvard klub prezidenti Dursun Özbeyin onun şərəfinə təşkil etmək istədiyi vida tədbirindən qəti şəkildə imtina edib.
Belə ki, rəhbərlik "Vilyarreal"la keçiriləcək yoldaşlıq görüşündən öncə xüsusi bir vida mərasimi planlaşdırıb. Lakin bu tədbir üçün göndərilən rəsmi dəvət hücumçu tərəfindən geri çevrilib.
İddialara əsasən, bu gözlənilməz addımın arxasında gizli narazılıqlar dayanır. Bildirilir ki, 33 yaşlı təcrübəli futbolçu ayrılıq ərəfəsində baş verən bəzi hadisələrə görə həm klub rəhbərliyindən, həm də baş məşqçi Okan Burukdan incik düşüb və məhz bu səbəbdən İspaniya təmsilçisi ilə oyundan əvvəlki mərasimə qatılmaqdan boyun qaçırıb.
Xatırladaq ki, İstanbul nəhənginin heyətində 4 mövsüm çıxış edərək kapitanlığa qədər yüksələn ulduz futbolçu arxasında unudulmaz bir iz buraxıb. O, "sarı-qırmızı" rəngləri qoruduğu 134 rəsmi qarşılaşmada rəqib qapılarına 77 dəfə yol tapıb və 25 məhsuldar ötürmə ilə azarkeşlərin yaddaşına həkk olunub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıdakı çəkiliş zamanı Ceki Çanın qolu zədələndi
-
Beyləqanda 15 yaşlı yeniyetmə kanalda boğulub
-
Gülyaz Məmmədova - "Həyat yoldaşın istəmirsə, oxuma, nə məcburdur"
-
Ağdaşda yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alınıb
-
İcra başçısının sabiq müavini azadlıqdan məhrum edildi
-
İkardi "Qalatasaray"ın təklifini rədd etdi
-
"Toppuş bacı"nın ailəsində daha bir ağır itki (Foto)
-
İki mindən çox xarici sayta hücum edən şəxslər saxlanılıb (Video)
-
ADY 7 ayda 6,4 milyondan çox sərnişin daşıyıb
-
Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq - (Yenilənib)
-
Bu məhsulu qətiyyən almayın - Tərkibində təhlükəli maddə varmış - (Foto)
-
Bakı və Zəngilanda ağacların qanunsuz kəsilməsi aşkarlanıb
-
Bakıda daha bir qadın estetik əməliyyatdan sonra öldü - Prokurorluqdan reaksiya - (Yenilənib)
-
“Zirə” Namik Ələskərovla yollarını ayırdı
-
Lənkəranda bankomat fırıldağı: 7 nəfərin pulunu oğurlayan şəxs saxlanıldı
-
Yaltaya dəniz dronları ilə hücum edildiyi bildirilir
-
Ceki Çanın Bakıdakı film çəkilişlərindən görüntülər - (Video)
-
Azərbaycanın ABŞ-a ixracı 38 faiz artıb
-
Hərbi xidmətə çağırışla bağlı qanunsuzluqlara görə 3 şəxs həbs edildi
-
Rəşad Dağlı azadlığa çıxır? - (Video)
-
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlandı
-
Casusluqda ittiham olunan iranlı aktrisa evində ölü tapıldı
-
Tiktoker Melisa hava limanında saxlanıldı
-
Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı





