İqtisadiyyat

Azərbaycanın ABŞ-a ixracı 38 faiz artıb

7 Avqust 2026 16:48
Baxış: 211
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"2025-ci ilin avqustun 8-də Vaşinqtonda keçirilən tarixi görüşdən sonra Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə qədəm qoyub. Həmin görüşün davamı kimi Bakıda təşkil edilən iqtisadi dialoqunun nəticəsi olaraq imzalanan müqavilələr iki ölkə münasibətlərinin ənənəvi enerji tərəfdaşlığından strateji, şaxələndirilmiş və süni intelekt daxil olmaqla yüksək texnoloji iqtisadi müttəfiqliyə keçməsinə imkan yaratdı".

Milli.Az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, atrateji tərəfdaşlıq Azərbaycanın ABŞ-ə ixracının artmasını da stimullaşdırıb:

"2026-cı ilin ilk 5 ayında Azərbaycanın Birləşmiş Ştatlara ixracı 38 faiz artıb. Həmin müddətdə Azərbaycan okeanın o tayına 43.1 milyon dollar dəyərində mal ixrac edib. ABŞ-a ixrac etdiyimiz məhsulların 90 faizi qeyri neft-qaz məhsullarıdır. Bu isə ABŞ-nın Azərbaycanın qeyri neft-qaz ixracatında yeni bazarlardan birinə çevrilməsi deməkdir. İqtisadi dialoq çərçivəsində 7,5 milyard dollar dəyərində imzalanan müqavilələr isə ölkələr arasındakı iqtisadi münasibətlərin daha ünvanlı, yüksək səviyyəli strateji tərəfdaşlığa çevrildiyindən xəbər verir. Bu əməkdaşlıq Azərbaycanda süni intelekt və rəqəmsal texnologiyanın inkişafı üçün yeni imkanlar yaradır.

İmzlanan müqavilələlər və eləcə də süni intellekt üzrə işçi qrupunun fəaliyyət göstərməsi təsdiq edir ki, ölkəmiz Birləşmiş Ştatlardan bu sahədə daha çox texnologiya və innovasiya transfer edə biləcək. Göründüyü kimi, son illər iki ölkə arasında formalaşan strateji tərəfdaşlıq iqtisadi sahədə əməkdaşlığın daha da gücləndirilməsi üçün yeni imkanlar yaradıb".

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.