Hadisə

Gəncədə 20 Yanvar abidəsi zibilliyə dönüb - (Video)

7 Avqust 2026 14:50
Baxış: 313
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Gəncə şəhəri Şah İsmayıl Xətai prospektində yerləşən, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş abidə baxımsız vəziyyətdədir.

Milli.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Ərazidə uzun müddətdir təmizlik və abadlıq işləri aparılmadığından abidə tam baxımsız vəziyyətə düşüb.

Abidənin ətrafında antisanitar vəziyyət yaranıb, yaşıllıq sahələri quruyub.

Qaz kəsildiyi üçün abidənin önündəki əbədi məşəl sönüb və uzun müddətdir yanmır.

Sözügedən mövzu ilə əlaqədar Gəncə İH-yə sorğu ünvanlanıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.