Cəmiyyət

5 dövlət orqanında 9 vakant vəzifə üzrə daxili müsahibə elan edildi

7 Avqust 2026 15:35
Baxış: 314
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan olunub.

Dövlət İmtahan Mərkəzindən Milli.Az-a bildirilib ki, avqustun 7-də 5 dövlət orqanında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun 9 vakant vəzifənin tutulması üçün daxili müsahibəyə start verilib.

Məlumata görə, vakant vəzifələrdən biri inzibati vəzifələrin birinci, ikisi ikinci, altısı isə üçüncü təsnifatına aiddir. Müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsidir.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron formada həyata keçirilir. Bu üsul vətəndaşların rahatlığının təmin edilməsinə, vaxt və maliyyə itkisinin qarşısının alınmasına, həmçinin dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər avqustun 7-dən 21-dək saat 18:00-a qədər Mərkəzin internet portalında "Dövlət qulluğu üzrə müraciət forması"nı dolduraraq qeydiyyatdan keçə bilərlər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.