Dünya

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan müdafiə sazişi imzalayacaq

7 Avqust 2026 12:13
Baxış: 289
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında birgə müdafiə sazişinin imzalanması planlaşdırılır.

Milli.Az-ın "Röyters"ə istinadən verdiyi məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına səfəri çərçivəsində ölkənin vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şəriflə üçtərəfli görüş keçirəcək.

Görüşdə regional təhlükəsizlik, dənizdə yaranan təhdidlər, müdafiə sahəsində əməkdaşlıq və İran ətrafındakı vəziyyətin müzakirə olunacağı bildirilib.

Məlumata əsasən, görüşün yekununda üç ölkə arasında birgə müdafiə sazişinin imzalanması gözlənilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.