Cəmiyyət

Azərbaycanda 10 min manat maaşlı işlər var - Vakansiyalar açıqlandı

7 Avqust 2026 10:45
Baxış: 689
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) hazırda 65 mindən çox aktiv vakansiya mövcuddur.

Milli.Az xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.

Bildirilib ki, təqdim olunan vakansiyalar üzrə ən yüksək əməkhaqqı 10 min manat, ən aşağı əməkhaqqı isə 400 manat təşkil edir.

Nazirlikdən qeyd edilib ki, işsiz və ya işaxtaran şəxslər mövcud vakansiyalara müraciət etmək üçün Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarına və ya DOST mərkəzlərinə müraciət edə bilərlər.

Müraciət edən şəxslərin məşğulluq imkanları karyera məsləhətçiləri tərəfindən qiymətləndirilir. Qiymətləndirmənin nəticələrinə uyğun olaraq namizədlərə münasib vakansiyalar təqdim edilir və uyğun iş yerlərinə müraciətləri qeydə alınır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.