Media və Yayım Şurasının strukturu təsdiqlənib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası Media və Yayım Şurasının strukturu təsdiqlənib.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Fərmana əsasən, Azərbaycan Respublikası Media və Yayım Şurası (Şura) Azərbaycan Respublikası Audiovizual Şurasının hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Şuraya keçir. Media və Yayım Şurasının işçilərinin say həddi 108 ştat vahididir.
"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxs ləğv edilir və onun hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Media və Yayım Şurasına (bundan sonra - Şura) verilir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
Normativ hüquqi aktların uyğunlaşdırılması ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
bir ay müddətində:
Azərbaycan Respublikası Audiovizual Şurasının və "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxsin balansında olan dövlət əmlakının Şuranın balansına verilməsini təmin etməlidir;
cari ildə dövlət büdcəsində Azərbaycan Respublikası Audiovizual Şurası və "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxs üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində Şuranın fəaliyyətinin maliyyələşdirilməsinə dair məsələləri həll etməlidir;
Şuranın inzibati bina ilə təmin edilməsi ilə bağlı tədbirlər görməlidir.;
Bundan başqa "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Şuranın işçilərinin Azərbaycan Respublikası Audiovizual Şurası və "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxsin işçiləri hesabına komplektləşdirilməsinin təmin edilməsi ilə əlaqədar tədbirlər görməlidir;
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda yanğın səbəbləri ilə bağlı xoşagəlməz statistika
-
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
-
Azərbaycanlı gənc Oksford Universitetinin müəllimi oldu - (Foto)
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - (Foto)
-
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
-
Balığın qiyməti od tutub yanır: Kütüm 35 manata qalxdı
XƏBƏR LENTİ
-
Taksilərin ən bahalı olduğu şəhərlər
-
"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Bəyin üzünü ilk dəfə toyda gördü: Kefi pozuldu - (Video)
-
Ronaldo 57 milyon avroluq malikanə tikdirir - 23 otaq, 20 maşınlıq qaraj...
-
“Yakışıklı mısırcı” bir reklamdan sərvət qazandı - (Foto/Video)
-
Bütün binalarda elektrik sobaları olacaq - (Video)
-
Yasamal və Abşeronda işıq olmayacaq
-
Oyunda olarkən Bruno Fernandeşin evi qarət edildi
-
Parisin iki rayonunda komendant saatı tətbiq edilib
-
Günün qoroskopu: Pul xərcləyərkən daha ehtiyatlı olmalısınız
-
Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Tünzalə Ağayevanın təmtəraqlı yubileyindən (Video)
-
Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - (Video)
-
Xırdalanda evlər ucuzlaşıb - (Video)
-
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
-
Zelenski müsahibə zamanı ağladı - (Video)
-
Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
-
Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
-
Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
-
Sabah Binəqədidə qaz olmayacaq
-
"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
-
Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
-
Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
Tramp anlaşılmaz səslər çıxardı - (Video)





