Yayda bu içki ürək tutmasını dərhal tətikləyir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yay istilərinin şiddətləndiyi günlərdə tez-tez müraciət edilən enerji içkiləri ciddi sağlamlıq riskləri daşıyır. Yüksək temperaturlarda bədənin onsuz da əlavə enerji sərf etdiyini qeyd edən mütəxəssislər bu dövrdə istehlak edilən stimullaşdırıcı içkilərin ürək və damar sağlamlığı üçün ağır yük yarada biləcəyi barədə xəbərdarlıq edirlər.
Milli.Az xəbər verir ki, yay mövsümündə bədənin istilik balansını qoruya bilməsi üçün ürəyin daha çox çalışdığını vurğulayan Dr. Yuriy Qaborets tərləmə yolu ilə baş verən mineral, duz və su itkisinin susuzlaşma (dehidrasiya) riskini artırdığını ifadə edir. Bədən onsuz da yüksək istiliklə mübarizə apararkən istehlak edilən enerji içkiləri ürək-damar sistemindəki təzyiqi ikiqat artırır.
Dərin yorğunluq və ürəkdöyüntü yaradır
Tərkibindəki sıx kofein və yüksək şəkər miqdarının bədəndə müvəqqəti enerji hissi yaratdığını qeyd edən Qaborets bu vəziyyəti "bədəndən borc almaq" kimi səciyyələndirir. İçkinin təsiri keçdikdən sonra daha dərin yorğunluq, yuxusuzluq və ürəkdöyüntü yaranır. Enerji içkilərindən sonra sürətli və nizamsız ürək döyüntüsü, həddindən artıq tərləmə və titrəmə, ani təzyiq yüksəlməsi, eləcə də yüksək həyəcan və halsızlıq əlamətləri müşahidə olunur.
"Su əvəzinə enerji içkisi istehlak etməyin"
Edilən ən böyük səhvlərdən birinin susuzluğu bu cür içkilərlə qarşılamağa çalışmaq olduğunu söyləyən Dr. Qaborets böyüklər üçün gündəlik təhlükəsiz kofein həddinin 400 milliqram olduğunu xatırladır. Lakin gün ərzində istehlak edilən çay, qəhvə və şokolad kimi qidalarla bu həddin asanlıqla aşıla biləcəyinə diqqət çəkir.
İsti yay günlərində ən sağlam sərinləmə üsulunun bol su və ya mineral su istehlak etmək, kölgədə qalmaq və bədəni dincəltmək olduğu vurğulandır. Həqiqi canlılığın qutularda satıla bilməyəcəyini qeyd edən mütəxəssislər keyfiyyətli yuxu, balanslı qidalanma və kifayət qədər su istehlakının ən təhlükəsiz enerji mənbəyi olduğunu xatırladırlar.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Aygün Kazımovanın mənə 3000 dollar borcu var" - (Video)
-
Tramp: "Makiyajımı özüm edirəm"
-
"Rauf -40 dərəcə" illər sonra efirə qayıtdı - (Video)
-
Müğənni Lətifə: "Nənəmdən şəhər mərkəzində elit restoran miras qalıb"
-
Derbi öncəsi "Qalatasaray"da ciddi itki: “Lill”lə oyunu da buraxacaq
-
Şəbnəm Tovuzlunun qızı ABŞ-yə köçür
XƏBƏR LENTİ
-
"Qarabağ" və "Neftçi" cərimələndi
-
Ölkəyə girişinə qadağa qoyulan azərbaycanlı həbs olundu
-
“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib
-
Sabah səhər saat 08:00-dan bu yolda hərəkət dayandırılacaq
-
7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu
-
"Aygün Kazımovanın mənə 3000 dollar borcu var" - (Video)
-
Fransada kütləvi talanların nəticəsi: 149 nəfər həbsə göndərildi
-
Tramp: "Makiyajımı özüm edirəm"
-
"Rauf -40 dərəcə" illər sonra efirə qayıtdı - (Video)
-
Nəsimi Musayevin saxlanılma anı - (Video)
-
Müğənni Lətifə: "Nənəmdən şəhər mərkəzində elit restoran miras qalıb"
-
Gülnarə Xəlilova Bursa Fashion Week-də Azərbaycanın milli ənənələrini təqdim edib - (Foto)
-
İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin iclası ilə bağlı Anlaşma Memorandumu təsdiqlənib
-
Dünyanın müxtəlif ölkələrindən turistləri Şəkidə birləşdirən sənət məkanı - (Foto)
-
Derbi öncəsi "Qalatasaray"da ciddi itki: “Lill”lə oyunu da buraxacaq
-
Şəbnəm Tovuzlunun qızı ABŞ-yə köçür
-
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılıb
-
Qarabağda yeni milli park yaradılıb - Sərəncam
-
Suraxanıda yol problemi ilə bağlı qurumdan açıqlama
-
Ermənistanın sabiq prezidentinin həbs müddəti ilə bağlı qərar
-
Bu məhsulların qiyməti bahalaşdı
-
Vüsalə efirdə yuxulayan musiqiçini belə oyatdı - (Video)
-
Polşada həyəcan siqnalı: Hava limanları bağlandı, hərbi aviasiya havaya qalxdı
-
Türkiyə millisinin yeni baş məşqçisi bəlli oldu





