Tərtərdəki hadisənin təfərrüatı: Ər-arvadı yandırıb evdəki pulu oğurlayıbmış
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tərtərdə fərdi yaşayış evində baş vermiş yanğınla bağlı aparılan kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin əslində iki şəxsin qəsdən öldürülməsi ilə müşayiət olunan ağır cinayət olduğu müəyyən edilib. Cinayətin izlərini gizlətmək məqsədilə evə od vurulduğu, hadisə nəticəsində evdə yaşayan ər-arvadın öldürüldüyü və külli miqdarda pul vəsaitinin ələ keçirildiyi müəyyən olunub.
Milli.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
"2026-cı il avqustun 6-da Tərtər şəhəri, Nəriman Nərimanov küçəsi, ev 38 ünvanında yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunaraq yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib. Yanğın söndürüldükdən sonra evə keçirilən baxış zamanı orada yaşayan 1941-ci il təvəllüdlü Səmədov Əsgər Vəli oğlu və onun arvadı, 1954-cü il təvəllüdlü Hüseynova Adilə Soltan qızının meyitləri aşkar edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
İlkin olaraq yanğın hadisəsi kimi qeydə alınan faktın bütün hallarının, o cümlədən şəxslərin ölüm səbəblərinin və yanğının başvermə səbəbinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin prokuror-kriminalistləri, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq idarəsinin müstəntiqləri, Tərtər rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə qısa müddətdə genişmiqyaslı və kompleks istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, zəruri ekspertizalar təyin edilib, çoxsaylı şəxslər dindirilib, əldə olunmuş məlumatlar qarşılıqlı əlaqələndirilərək təhlil edilib.
Toplanmış dəlillərlə yanğının təsadüfi xarakter daşımadığı, hadisənin qəsdən adam öldürmə ilə əlaqəli olduğu müəyyən edilib.
İbtidai istintaqla Baxşəliyev Vüqar Mehman oğlunun avqustun 6-da qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evindən külli miqdarda pul vəsaitini ələ keçirməsi, törətdiyi oğurluq cinayətinin izlərini gizlətmək məqsədilə evdə yanğın törədərək orada yaşayan Əsgər Səmədovla Adilə Hüseynovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Əldə edilmiş sübutlar əsasında Vüqar Baxşəliyevin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədilə adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə məqsədilə adam öldürmə) və 120.2.7-ci (iki şəxsi öldürmə) maddələri ilə tövsif edilib və o, prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə icraat Baş Prokurorluğun Kriminalistika və İnformasiya texnologiyaları idarəsində davam etdirilir.
Cinayətin bütün hallarının, o cümlədən onun törədilməsinə səbəb və şəraitin tam və hərtərəfli araşdırılması, hadisəyə hüquqi qiymət verilməsi istiqamətində zəruri tədbirlər icra olunur", - deyə məlumatda qeyd olunub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Tarqovu"da güclü yanğın başladı - (Yenilənib/Video)
-
Ucarda 1 tondan çox narkotik tərkibli bitki məhv edildi
-
Bakıda vəzifəli şəxsin meyiti tapıldı
-
Cüdoçumuzun atası vəfat etdi
-
Tərtərdəki hadisənin təfərrüatı: Ər-arvadı yandırıb evdəki pulu oğurlayıbmış
-
Zərdabda qəsdən yanğın törədən şəxs müəyyən edildi
XƏBƏR LENTİ
-
Tailandda məktəbdə qanlı atışma: 7 nəfər öldü
-
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan müdafiə sazişi imzalayacaq
-
"Tarqovu"da güclü yanğın başladı - (Yenilənib/Video)
-
Ucarda 1 tondan çox narkotik tərkibli bitki məhv edildi
-
Bakıda vəzifəli şəxsin meyiti tapıldı
-
Rusiya Qara dənizdə Ukrayna üçün yük daşıyan gəmilərə zərbə endirib
-
Cüdoçumuzun atası vəfat etdi
-
Tərtərdəki hadisənin təfərrüatı: Ər-arvadı yandırıb evdəki pulu oğurlayıbmış
-
Kimlər adını dəyişə bilməz? - Rəsmi
-
Zərdabda qəsdən yanğın törədən şəxs müəyyən edildi
-
Kuşadası Bələdiyyəsinə qarşı əməliyyat: 15 nəfər saxlanıldı
-
Tibb müəssisələrində yoxlamalar: 39 obyektdə nöqsan aşkarlanıb
-
Kolleclərə qəbul üzrə ixtisas seçiminin vaxtı açıqlandı
-
Azərbaycanda 10 min manat maaşlı işlər var - Vakansiyalar açıqlandı
-
Bakı metrosundan bir ayda neçə milyon sərnişin istifadə edib?
-
Bir gündə 55 cinayət açıldı
-
Tamilladan Elton Hüseynəliyevə romantik təbrik
-
Naxçıvanda kanalda batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib
-
İsti günlər bitir: Güclü külək və leysan gəlir - Bu tarixdən
-
Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı mühüm qərar
-
Qış gəlməmiş bu işi görün - “Azəristiliktəchizat”dan vacib çağırış
-
ABŞ Rusiyadan həbsdə olan vətəndaşının azadlığa buraxılmasını istəyib
-
İmişlidə 5 yaşlı uşaq traktorun vurması nəticəsində ölüb
-
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və daş kömür göndəriləcək





