Cəmiyyət

Bakı metrosundan bir ayda neçə milyon sərnişin istifadə edib?

7 Avqust 2026 10:40
Baxış: 313
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

2026-cı ilin iyul ayında Bakı Metropolitenində sərnişin sıxlığı artıb.

Milli.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə metro ilə daşınan sərnişinlərin sayı 10,31 faiz artaraq 16 milyondan çox olub.

İyul ayında ən çox sərnişinə "Koroğlu" stansiyası xidmət göstərib. Həmin stansiyadan 1 630 048 nəfər istifadə edib.

Ay ərzində ən yüksək sərnişin göstəricisi isə iyulun 1-də qeydə alınıb. Həmin gün metrodan 649 974 sərnişin yararlanıb.

Məlumata görə, iyul ayında NFC və QR bilet vasitəsilə ümumilikdə 8 567 107 ödəniş həyata keçirilib. Bu rəqəm ödənişli səfərlərin 52,99 faizini təşkil edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.