Gürcüstan Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysi niyə qəbul edə bilmir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gürcüstan tərəfi Bakı-Tbilisi-Bakı marşrutu üzrə əlavə reysi qəbul etməyə hələ hazır deyil.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu nəqliyyat eksperti Eldəniz Cəfərov sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, "Azərbaycan Dəmir Yolları" (ADY) Bakı-Tbilisi-Bakı marşrutu üzrə əlavə reyslərin təşkili üçün bütün hazırlıqları başa çatdırıb.
"Gürcüstan tərəfi isə bu qatarı qəbul etməyə hazır deyil və həmin tərəfdə bəzi texniki çətinliklər var", - deyə ekspert bildirib.
Eldəniz Cəfərov qeyd edib ki, problemlərdən biri qatarların stansiyada olduğu müddətdə elektrik təchizatının təmin edilməsi ilə bağlıdır.
"Qatarların manevr və digər hərəkətləri üçün stansiyada qaldığı müddətdə elektrik təchizatının təminatı ilə bağlı problemlər mövcuddur. Həmçinin Gürcüstan sərhəd xidməti əlavə reys üzrə sərhəd yoxlamalarını həyata keçirməyə hələ hazır deyil", - o vurğulayıb.
Ekspertin sözlərinə görə, son vaxtlar Gürcüstan tərəfində bir sıra texniki və təşkilati problemlər müşahidə olunur.
"Qatarların Gürcüstan tərəfində sərhəd yoxlamalarının nəzərdə tutulan bir saatdan artıq davam etməsi, eləcə də elektrik enerjisi ilə bağlı yaranan problemlər Bakı-Tbilisi-Bakı qatarının gecikməsinə səbəb olur. Gördüyünüz kimi, Azərbaycan tərəfi artıq əlavə qatar da təşkil edib, amma Gürcüstan tərəfi əlavə reysi qəbul etməyə hazır deyil", - deyə Eldəniz Cəfərov əlavə edib.
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" (ADY) Bakı-Tbilisi-Bakı beynəlxalq marşrutu üzrə bilet satış müddətini artırıb.
ADY bildirib ki, dəyişiklik sərnişin məmnuniyyətinin artırılması, artan tələbatın daha səmərəli qarşılanması və səfərlərin əvvəlcədən planlaşdırılması imkanlarının genişləndirilməsi məqsədilə həyata keçirilib.
Məlumata əsasən, yeni mexanizm çərçivəsində satış müddəti birdəfəlik deyil, mərhələli şəkildə artırılır. Hazırda sərnişinlər üçün əvvəlki 30 gün əvəzinə 44 günlük bilet satışı açıqdır. Satış pəncərəsi növbəti günlərdə mərhələli şəkildə genişləndirilərək 90 günə çatdırılacaq.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
İsti günlər bitir: Güclü külək və leysan gəlir - Bu tarixdən
-
Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı mühüm qərar
-
Qış gəlməmiş bu işi görün - “Azəristiliktəchizat”dan vacib çağırış
-
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və daş kömür göndəriləcək
-
Gürcüstan Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysi niyə qəbul edə bilmir?
-
Dənizdə batan Ruslan Azərbaycan çempionu imiş
XƏBƏR LENTİ
-
İsti günlər bitir: Güclü külək və leysan gəlir - Bu tarixdən
-
Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı mühüm qərar
-
Qış gəlməmiş bu işi görün - “Azəristiliktəchizat”dan vacib çağırış
-
ABŞ Rusiyadan həbsdə olan vətəndaşının azadlığa buraxılmasını istəyib
-
İmişlidə 5 yaşlı uşaq traktorun vurması nəticəsində ölüb
-
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və daş kömür göndəriləcək
-
Gürcüstan Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysi niyə qəbul edə bilmir?
-
Qızıl bahalaşdı
-
Beyləqanda bir nəfər kanalda batıb
-
Azərbaycan neftinin qiyməti 93 dollara yüksəldi
-
Bu ərazilərdə işıq olmayacaq
-
Avtomobili park edərkən musiqi səsini azaldırsınızsa, psixoloji açıqlaması var
-
Oteldə ilk işiniz bu olsun: Qapıdan mütləq stəkan asın
-
Bir çox insan mədə problemi hesab edir - pankreas xərçənginin ilk əlamətiymiş
-
Siçanların nifrət etdiyi yeganə qoxu
-
Antonio Banderas infarktdan sonra hər şeyi dəyişdi: "Sanki gözümə eynək taxdılar"
-
Yayda bu içki ürək tutmasını dərhal tətikləyir
-
Telefonunu belə şarj edənlərin nəzərinə
-
Qəssablar müştərilərin almaqdan çəkindiyi tək ət növünü açıqladılar
-
Dəməşqdə partlayış olub - ölənlər və yaralılar var
-
Prokurorluğa şikayət etdiyi 17 yaşlı qızının sevgilisi ilə fotoları yayıldı
-
Qurban Qurbanovdan məğlubiyyət şərhi
-
"Real Madrid"in transfer planı alınmadı: Rodri "Barselona"ya üz tutdu
-
Günün qoroskopu: Ani qərarlarla edilən xərclərdən qaçmalısınız





