Məşhur futbolçu silahlı hücumda öldürüldü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uqandanın paytaxtı Kampala şəhərində tanınmış futbolçu silahlı hücumun qurbanı olub. "Villa" futbol klubunun kapitanı Devid Ovori avqustun 4-ü axşam saatlarında Makindaye rayonunda, yaşadığı evin yaxınlığında naməlum şəxslərin hücumuna məruz qalıb.
Mill.Az lent.az-a istinadla xəbər verir ki, "Daily Monitor" qəzetinin məlumatına görə, 27 yaşlı futbolçu ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, o, ertəsi gün səhər saatlarında vəfat edib.
Devid Ovori Uqanda futbolunun aparıcı oyunçularından biri hesab olunurdu. Müdafiəçi və yarımmüdafiəçi mövqelərində çıxış edən futbolçu 2024-cü ildə "Villa" klubunun Uqanda çempionu olmasında həlledici rol oynayıb. Həmin çempionluq klubun son 20 ildə qazandığı ilk titul olub.
2026-cı ilin may ayında isə Ovori Uqanda Kubokunun ən yaxşı müdafiəçisi seçilmişdi ki, bu da onun yüksək oyun səviyyəsinin göstəricisi sayılırdı.
Futbolçu yalnız Uqandada deyil, xaricdə də çıxış edib. O, müxtəlif illərdə İspaniyanın "Velez" və İsveçin "Utsiktens" klublarının formasını geyinib.
Ovori "Villa"nın heyətində son oyununu faciədən cəmi üç gün əvvəl - avqustun 1-də keçirib.
Yerli KİV-lərin, o cümlədən "Daily Monitor" nəşrinin yazdığına görə, hücumun küçə quldurluğu və ya cinayətkar qruplar arasındakı qarşıdurma ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Lakin hadisənin dəqiq motivi hələ müəyyən edilməyib.
Kampala polisi faktla bağlı araşdırmaya başlayıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakı–Qazax yolunda qəza - ölən var
-
Pul köçürmə limitlərin bazara real təsiri
-
8 aylıq hamiləni yarıyolda düşürdən sürücü cəzalandırıldı (Foto)
-
Tiktoker "Bəniz"ə hökm oxundu
-
Nail Naiboğlu Çimnaz Sultanovanın məzarından video paylaşdı
-
Bakıda 6 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Mingəçevirdə kanalda batan 14 yaşlı yeniyetmənin (Fotosu)
-
Zərdabda ağır qəza: Ölən və yaralananlar var
-
Məhəmməd Salah “Trabzonspor”da - 17 milyon avroluq müqavilə
-
Məşhur futbolçu silahlı hücumda öldürüldü
-
Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - AMB-dən açıqlama
-
İdxalçı şirkət DGK-dan şikayətləndi: 2025-ci ilin hadisəsinə 2026-cı ilin qanunu tətbiq olunur?
-
Dnepropetrovsk hücuma məruz qaldı - Ölənlər var
-
ABŞ-də sağ xəstələrin orqanlarını götürməyə cəhd edilib
-
Türkiyədə gündəm olan toy - 3 milyon avro xərcləndi
-
"Koroğlu"da avtomobillərdən kim pul toplayır? - AYNA-dan açıqlama
-
Bakıda yeniyetmənin iPhone 16-sını soyğunla aldılar
-
Trampın gizli söhbəti yayıldı
-
Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürüldü
-
Azərbaycanda əhalinin yarısı bundan əziyyət çəkir
-
19 yaşlı Zeynəbin axtarışları 30 gündür nəticə vermir
-
Alim Qasımov qızına duyğusal təbrik yazdı
-
Süni intellektlə bağlı yeni faktlar üzə çıxdı
-
ABŞ Prezidenti: Lazım olsa, sursatları sürətlə istehsal edəcəyik





