İdxalçı şirkət DGK-dan şikayətləndi: 2025-ci ilin hadisəsinə 2026-cı ilin qanunu tətbiq olunur?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Mənim 01251000204009 nömrəli bəyannaməm üzrə 2025-ci ildə baş vermiş hadisəyə 2026-cı ildə qəbul olunmuş qanun dəyişikliyi tətbiq edilir. Qanunun bu şəkildə geriyə tətbiq olunmasının məqsədi nədir?"
Milli.Az xəbər verir ki, bu sözləri Musavat.com-a "LİON CENTRE" MMC-nin rəhbəri Ramil Aslanov deyib. Bildirib ki, 2025-ci ilin may və avqust aylarında idxal etdiyi malların rəsmiləşdirilməsi zamanı qanun pozuntularına yol verilib deyə Dövlət Gömrük Komitəsinə və digər aidiyyəti dövlət qurumlarına dəfələrlə müraciət edib.
DGK sədrinə müraciət edən Ramil Aslanovun sözlərinə görə, təqdim etdikləri faktlar və hüquqi arqumentlər indiyədək obyektiv və mahiyyəti üzrə araşdırılmayıb.
Ramil Aslanov bildirib ki, müraciətlərə yalnız formal və şablon cavablar verilib: "Biz müraciətlərimizdə göstərmişik ki, Gömrük Məcəlləsinin 221-ci maddəsinə əsasən, gömrük dəyərinə düzəliş edilməsi ilə bağlı bildiriş gömrük bəyannaməsinin təqdim edildiyi andan etibarən ən geci 24 saat ərzində verilməlidir. Lakin 16 avqust 2025-ci il tarixli gömrük bəyannaməsi üzrə gömrük dəyərinə düzəliş haqqında bildiriş yalnız 21 avqust 2025-ci ildə, yəni bəyannamə təqdim olunduqdan 5 gün sonra verilib. Bununla da qanunvericilikdə nəzərdə tutulan müddət kobud şəkildə pozulub".
Şirkət rəhbərinin sözlərinə görə, bu faktın özü belə, məhkəməyə təqdim edilmiş materialların geri qaytarılması üçün əsas hesab oluna bilər:
"Bu məsələ artıq mübahisə predmeti deyil. Çünki həmin fakt Dövlət Gömrük Komitəsinin rəsmi cavab məktubunda da öz əksini tapıb. Ancaq paradoks ondadır ki, sənədlərdə göstərilən pozuntuya hüquqi qiymət verilməyib, məsuliyyət məsələsi araşdırılmayıb. Əksinə, həmin hərəkətlərə dolayı yolla haqq qazandırılmağa çalışılıb".
Ramil Aslanov iddia edir ki, DGK-dan 22 iyul 2026-cı il tarixində şirkətə göndərilmiş cavab məktubunda 2025-ci ildə baş vermiş hadisəyə 2026-cı ildə qüvvəyə minmiş qanun dəyişiklikləri prizmasından yanaşılıb. Onun fikrincə, bu yanaşma hüququn fundamental prinsiplərinə ziddir: "Sonradan qəbul edilmiş qanun norması əvvəlki dövrdə baş vermiş hadisələrə tətbiq oluna bilməz. Bu, təkcə texniki səhv deyil, hüquqi müəyyənlik prinsipinin pozulması və dövlət orqanlarına etimadı sarsıdan yanaşmadır".
Şirkət rəhbəri Komitə rəhbərliyinə müraciət edərək üzləşdiyi məsələyə hüquqi qiymət verilməsi, qanun pozuntularının araşdırılması və problemlərinin həllini istəyib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Zərdabda ağır qəza: Ölən və yaralananlar var
-
İdxalçı şirkət DGK-dan şikayətləndi: 2025-ci ilin hadisəsinə 2026-cı ilin qanunu tətbiq olunur?
-
Mingəçevirdə kanalda batan 14 yaşlı yeniyetmənin meyiti tapıldı
-
Bakıda yeniyetmənin iPhone 16-sını soyğunla aldılar
-
Bakıya uçan azərbaycanlı iş adamından 2,3 milyon rubl tapıldı
-
Bərdədə açıq sahədə yanğın
XƏBƏR LENTİ
-
Zərdabda ağır qəza: Ölən və yaralananlar var
-
Məhəmməd Salah “Trabzonspor”da - 17 milyon avroluq müqavilə
-
Məşhur futbolçu silahlı hücumda öldürüldü
-
Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - AMB-dən açıqlama
-
İdxalçı şirkət DGK-dan şikayətləndi: 2025-ci ilin hadisəsinə 2026-cı ilin qanunu tətbiq olunur?
-
Mingəçevirdə kanalda batan 14 yaşlı yeniyetmənin meyiti tapıldı
-
Dnepropetrovsk hücuma məruz qaldı - Ölənlər var
-
ABŞ-də sağ xəstələrin orqanlarını götürməyə cəhd edilib
-
Türkiyədə gündəm olan toy - 3 milyon avro xərcləndi
-
"Koroğlu"da avtomobillərdən kim pul toplayır? - AYNA-dan açıqlama
-
Bakıda yeniyetmənin iPhone 16-sını soyğunla aldılar
-
Trampın gizli söhbəti yayıldı
-
Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürüldü
-
Azərbaycanda əhalinin yarısı bundan əziyyət çəkir
-
19 yaşlı Zeynəbin axtarışları 30 gündür nəticə vermir
-
Alim Qasımov qızına duyğusal təbrik yazdı
-
Süni intellektlə bağlı yeni faktlar üzə çıxdı
-
ABŞ Prezidenti: Lazım olsa, sursatları sürətlə istehsal edəcəyik
-
Məşhur fanatısınız? - Bu əlamətlər sizdə də varsa, diqqətli olun
-
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışdı - Yaxın günlərdə...
-
Bakıya uçan azərbaycanlı iş adamından 2,3 milyon rubl tapıldı
-
İlk dəfə CineMastercard-da: ScreenX formatı üçün xüsusi çəkilmiş "Hörümçək-Adam" - (Video)
-
Bərdədə açıq sahədə yanğın
-
20-dən çox ölkənin nümayəndələrinin iştirakı ilə keçiriləcək Azerbaijan Dance Festival 2026-nın proqramı təqdim olunub – biletlər satışda - (Video)





