Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışdı - Yaxın günlərdə...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə abituriyentlərə ixtisas seçimi ilə bağlı tövsiyələr verib.
O bildirib ki, ixtisas seçimi zamanı yalnız rəsmi və etibarlı məlumat mənbələrinə istinad etmək vacibdir. Bu məqsədlə yaxın günlərdə "Abituriyent" jurnalının 4-cü nömrəsi nəşr olunacaq və abituriyentlərə seçim prosesinə başlamazdan əvvəl jurnalla ətraflı tanış olmaq tövsiyə edilir.
Məleykə Abbaszadənin sözlərinə görə, nəşrdə ixtisas seçimi elanı, müsabiqə şərtləri, elektron ixtisas seçimi ərizəsinin doldurulma qaydası, ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə qəbul planı və seçim zamanı lazım olacaq digər vacib məlumatlar yer alıb.
DİM sədri jurnalda dərc edilən psixoloq tövsiyələrinin də xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, həmin materialda peşə seçimi zamanı qərarsızlığın səbəbləri izah olunur, maraq, bacarıq, dəyərlər və real imkanların birlikdə qiymətləndirilməsinin vacibliyi vurğulanır. Eyni zamanda, müxtəlif peşələri daha yaxından tanımaq və bacarıqları inkişaf etdirmək üçün praktik məsləhətlər təqdim edilir.
Məleykə Abbaszadə bildirib ki, ən doğru peşə seçimi insanın yalnız bacardığı sahəyə deyil, həm də maraqlarına, dəyərlərinə və gələcək hədəflərinə uyğun olmalıdır.
O əlavə edib ki, "Abituriyent" jurnalı Azərbaycan və rus bölmələrinin abituriyentləri üçün vahid formada - Azərbaycan dilində hazırlanıb və hər iki bölmə üzrə qəbul aparılan ixtisaslar haqqında məlumatları özündə əks etdirir.
Sonda DİM sədri bütün abituriyentlərə uğurlu və düşünülmüş ixtisas seçimi arzulayıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda yeni ombudsman seçiləcək
-
Acun keçmiş arvadı ilə bir arada - (Fotolar)
-
Azərbaycanda bu şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
-
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı
-
Xəstəxanaya yerləşdirilən Kompani ilə bağlı xəbər var
-
"Bolt"dan çağırdığı sürücü başına iş açdı - (Yenilənib/Foto)
-
Şəmkirdə maşın dərəyə aşdı
-
ABŞ-yə qaçan Bolsonaro özünü ölkənin lideri elan etdi
-
Azərbaycan nefti kəskin bahalaşdı
-
“Tramp boğazı” - ABŞ Prezidenti bu dəfə nəyi dəyişmək istəyir?
-
Si Cinpinin növbəti hədəfi kimdir? - Çində hakimiyyət böhranı
-
Bakının iki rayonunda qaz kəsiləcək
-
“Liverpul” “Çelsi”dən üstün oldu
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib (Foto)
-
Peyvənddən sonra niyə qızdırmamız qalxır? - Araşdırma
-
Minlərlə soyuducunu dağın yamacına tulladılar - (Foto)
-
4 bürc çətinliyi geridə qoyacaq
-
Səhər yeməyi ilə 10 kilo alan həkim vərdişini dəyişdi və arıqladı
-
Evdən çıxanda telefonun bu funksiyalarını söndürün
-
Gözü dincəltmək üçün 20-20-20 qaydası - (Video)
-
Dünyaya ata olmaq üçün gələn 3 bürc
-
İpek Erdem uzun illərdən sonra - tanımaq olmur - (Foto)
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
-
Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?





