İlk dəfə CineMastercard-da: ScreenX formatı üçün xüsusi çəkilmiş "Hörümçək-Adam" - (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
CineMastercard bu yayın ən möhtəşəm kino hadisələrindən birini - "Hörümçək-Adam: Yeni Gün" filminin inqilabi ScreenX formatında premyerasını təqdim edir.
Piter Parkerin yeni macərası kino dünyasında əsl dönüş nöqtəsinə çevrilir. İlk dəfə olaraq tamaşaçılar filmin düz 88 dəqiqəsi boyunca ScreenX formatının təqdim etdiyi tam immersiv kino təcrübəsini yaşayacaqlar. Bu, ScreenX formatı tarixində ən uzun xüsusi məzmun təqdimatıdır.
Lakin rekord müddət filmin yeganə uğuru deyil.
"Hörümçək-Adam: Yeni Gün" ScreenX formatı üçün xüsusi çəkilmiş ilk Hollivud blokbasteri kimi tarixə düşüb. Yan ekranlar üçün nəzərdə tutulmuş əlavə səhnələr əsas çəkiliş prosesi ilə paralel hazırlanıb. Nəticədə hadisələr adi ekranın sərhədlərini aşaraq tamaşaçını hər tərəfdən əhatə edir və onu filmin bir hissəsinə çevirir.
Filmin rejissoru Destin Deniel Kretton, baş rolların ifaçıları isə Tom Holland, Sedi Sink, Zendaya, Ceykob Batalon və Con Berntaldır.
Hörümçək-adamın göydələnlər arasında möhtəşəm uçuşları, nəfəskəsən təqiblər, genişmiqyaslı döyüş səhnələri və Nyu-Yorkun təsirli panoramaları tamaşaçıya sadəcə film izləmək deyil, hadisələrin mərkəzində olmaq hissini yaşadır.
Filmin dünya üzrə əldə etdiyi böyük uğuru da xüsusi qeyd olunmalıdır. "Hörümçək-Adam: Yeni Gün" nümayişinin ilk həftəsində dünya prokatında 1 milyard ABŞ dolları həddini keçərək ilin ən böyük kino hadisələrindən biri statusunu təsdiqləyib.
"Hörümçək-Adam: Yeni Gün" artıq CineMastercard kinoteatrlarında iki innovativ formatda - ScreenX və 4DX formatlarında nümayiş olunur. Film həmçinin rus, türk və ingilis dillərində təqdim edilir.
Yeni nəsil kino təcrübəsini yalnız CineMastercard-da yaşayın!
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Liverpul” “Çelsi”dən üstün oldu
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib (Foto)
-
Peyvənddən sonra niyə qızdırmamız qalxır? - Araşdırma
-
Minlərlə soyuducunu dağın yamacına tulladılar - (Foto)
-
4 bürc çətinliyi geridə qoyacaq
-
Səhər yeməyi ilə 10 kilo alan həkim vərdişini dəyişdi və arıqladı
-
Evdən çıxanda telefonun bu funksiyalarını söndürün
-
Gözü dincəltmək üçün 20-20-20 qaydası - (Video)
-
Dünyaya ata olmaq üçün gələn 3 bürc
-
İpek Erdem uzun illərdən sonra - tanımaq olmur - (Foto)
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
-
Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
-
Firəngiz Mütəllimova ailə qurmamasının səbəbini açıqladı
-
Şəhərin mərkəzində söküntü işlərindən narazılıq - (Video)
-
Günün qoroskopu: Sevgi həyatınız möhkəmlənir
-
Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
-
Məktəbdəki insidentlə bağlı açıqlama
-
Bakının 3 rayonunda işıq olmayacaq
-
“Bəzi futbolçularımız dərsdən məşqə acqarına gəlir” - Rəşad Sadiqov
-
İspaniyadakı qatar qəzasının səbəbi bəlli oldu
-
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin (Fotosu)
-
REAL TV əməkdaşlarına qarşı kütləvi azğınlıqda iştirak edənlərin hər biri öz layiqli cəzasını alacaq - Mir Şahin Ağayev
-
Bağça direktorunun azyaşlıya qarşı zorakılıq etdiyi deyilir - (Video)
-
Efirə brilyantla gəldi - Fatiməyə “görməmiş” dedilər - (Video)





