İdman

Məhəmməd Salah “Trabzonspor”da - 17 milyon avroluq müqavilə

6 Avqust 2026 17:44
Baxış: 378
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin "Trabzonspor" klubu misirli ulduz futbolçu Məhəmməd Salahın transferini rəsmiləşdirib.

Klubun rəsmi məlumatına əsasən, hücumçu ilə 2 illik müqavilə imzalanıb. Salah qarşıdakı iki mövsüm ərzində Qara dəniz təmsilçisinin heyətində çıxış edəcək.

Məlumata görə, futbolçunun illik qazancı 17 milyon avro olacaq.

Qeyd edək ki, Məhəmməd Salah ötən gün Türkiyəyə gəlib və tibbi müayinədən uğurla keçib. Misirli futbolçunun son klubu İngiltərə Premyer Liqasında çıxış edən "Liverpul" olub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.