8 aylıq hamiləni yarıyolda düşürdən sürücü cəzalandırıldı (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda taksi sürücüsünün aqressiv davranışı sərnişinlərin narazılığına səbəb olub.
Milli.Az Baku.ws-ə istinadən xəbər verir ki, onlar sifariş edən zaman üç ünvan əlavə ediblər. Marşrut metronun "Koroğlu" stansiyası, Bakıxanov qəsəbəsini və son olaraq Zığ ərazisini əhatə edib.
"Koroğlu" stansiyası yaxınlığında, "Piramida" adlanan ərazidə sərnişinlərdən biri avtomobildən düşdükdən sonra sürücü digər sərnişinlərdən də avtomobili tərk etmələrini tələb edib.
İddia olunur ki, sürücü "Mən üç dayanacağa gedə bilmərəm" deyərək sifarişi davam etdirməkdən imtina edib. Digər sərnişinlər isə marşrutun tətbiqdə əvvəlcədən göstərildiyini xatırladaraq, sifarişi son ünvana qədər yerinə yetirməsini tələb ediblər.
Şikayətçinin iddiasına əsasən, bundan sonra sürücü aqressiv davranış sərgiləyib, avtomobili yüksək sürətlə idarə edərək qəza şəraiti yaradıb və sərnişinləri ölümlə hədələyib. Bildirilir ki, o, "Sizi cəhənnəmə aparacağam" ifadəsini işlədib.
Hadisə zamanı avtomobildə olan sərnişinlərdən birinin 8 aylıq hamilə olduğu qeyd edilir. İddiaya görə, sürücü onları "Koroğlu"da düşürərək hadisə yerindən uzaqlaşıb. Yaşadığı güclü qorxu və stres nəticəsində hamilə qadının səhhəti pisləşib.
Xanım vurğulayıb ki, hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə şikayət ünvanlanıb. O iddia edir ki, həmin sürücünün daha öncə Rusiyada qəsdən cinayətə təşəbbüs göstərdiyi üçün həbs edildiyini öyrənib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, həmin taksi sürücüsünün və nəqliyyat vasitəsinin taksi fəaliyyətinə məhdudiyyət tətbiq edilib.
Qeyd olunub ki, taksi ilə daşımalarda xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür:
"Sözügedən məsələ ilə bağlı da artıq həmin nəqliyyat vasitəsinin və sürücünün taksi fəaliyyətinə məhdudiyyət tətbiq edilib. Taksi fəaliyyətinə dair icazələr verilərkən qanunvericilikdə məhkumluğa dair sənədin istənilməsi ilə bağlı hər hansı tələb yoxdur. Xatırladaq ki, sərnişinlərə taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın "141" Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat vermələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb
-
Əməkdar artist nəvəsinə ad günü keçirdi - (Video)
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
-
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi
XƏBƏR LENTİ
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb
-
Əməkdar artist nəvəsinə ad günü keçirdi - (Video)
-
"Ermənistan və Rusiya bundan sonra əvvəlki kimi olmayacaq"
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
-
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi
-
"Araz-Naxçıvan" Cavid Hüseynovu istefaya göndərdi
-
“Dünənə kimi Tacirlə yola getməyənlər indi ona sənətkar deyir" - (Video)
-
Bu həftə həyatınızda gözlənilməz hadisələr baş verə bilər - Sevgi, pul, karyera
-
Lənkəranda 3 gün əvvəl döyülərək xəsarət alan yeniyetmə xəstəxanada öldü
-
Bu qoç 1 milyon dollara satıldı
-
"Ali Rza" bəy aktrisanın dəfnində ağladı - (Video)
-
Azərbaycanda bu institut ləğv edildi - Qərar
-
İçərişəhər sakinləri üçün yeni İcma Mərkəzi fəaliyyətə başlayıb - (Foto)
-
Bakıda "Formula 1" bahalaşması: günlük evlər 600 manat olacaq
-
Bakıda iki bağça fəaliyyətə başladı
-
Azərbaycan Qran-Prisinin rəsmi yarış cədvəli açıqlandı
-
Bu universitetlərdə dərslər onlayn keçiriləcək
-
Britaniyada hava nəqliyyatında yeni problem - Reyslər ləğv edilir
-
Monitor qadının üzərinə belə aşıb - Anbaan görüntülər
-
Tramp Pezeşkianla görüşə bilər - ABŞ Prezidenti açıqladı
-
1840,3 ha ərazi minalardan təmizlənib
-
"Barselona"da ciddi itki





