İdman

"Barselona"da ciddi itki

21 Sentyabr 2026 14:56
Baxış: 104
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində qarşılaşacağı "Barselona" klubu itki ilə üzləşib.

Milli.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın danimarkalı müdafiəçisi Andreas Kristensen zədələnib.

Müayinələrin nəticəsinə əsasən, futbolçunun sol bud əzələsində zədələnmə aşkarlanıb. Andreas Kristensenin yaxın həftələr ərzində komandasına kömək edə bilməyəcəyi bildirilib. Onun yaşıl meydanlara qayıdış müddəti müalicə prosesinin gedişindən asılı olacaq.

Qeyd edək ki, Danimarka millisinin üzvü 2026/2027 mövsümündə 6 oyunda iştirak edib. Bu matçların 4-də start heyətində yer alan Andreas Kristensen 1 məhsuldar ötürmə edib və ümumilikdə 402 dəqiqə meydanda olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.