İdman

Lionel Messi Peleni geridə qoydu

21 Sentyabr 2026 13:09
Baxış: 81
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"İnter Mayami"nin hücumçusu Lionel Messi futbol tarixində cərimə zərbələrindən vurulan qolların sayına görə ikinci pilləyə yüksəlib.

Milli.Az oxu.az istinadən xəbər verir ki, argentinalı futbolçu buna MLS-də "San-Dieqo" ilə 2:2 hesablı heç-heçə etdikləri matçda nail olub.

39 yaşlı Messi karyerasında cərimə zərbələrindən 71-ci qolunu vuraraq əfsanəvi braziliyalı futbolçu Peleni (70 qol) geridə qoyub.

Bu göstəricidə rekord 77 qolla Juninyo Pernambukanoya məxsusdur.

Qeyd edək ki, Messi "San-Dieqo" ilə oyunda "İnter Mayami"nin heyətində rəsmi turnirlərdə 101-ci qolunu vurub. O, cari mövsümdə MLS-də keçirdiyi 22 matçda 20 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.