Şou-biznes

Narkotikə görə saxlanılan Melis Sezenin aylıq gəliri üzə çıxdı - (Foto)

21 Sentyabr 2026 11:00
Baxış: 195
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Narkotik istintaqı çərçivəsində saxlanılan türkiyəli aktrisa Melis Sezenin polisə verdiyi ifadə üzə çıxıb.

Milli.Az xəbər verir ki, Sezen ifadəsində ona qarşı irəli sürülən ittihamları rədd edib və aktyorluq fəaliyyətindən ayda orta hesabla 400 min Türkiyə lirəsi qazandığını bildirib.

Aktrisa həyatında heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini və istənilən qan və saç nümunəsini təqdim etməyə hazır olduğunu deyib.

Sezen narkotik vasitələrin satışı ilə məşğul olduğu iddia edilən şəxslərlə əlaqəsinin olmadığını, onlara pul köçürmədiyini və heç kimə vasitəçilik etmədiyini bildirib.

O, həmçinin telefonunun parolunu istintaq əməkdaşları ilə bölüşdüyünü və cihazında ana ekran parolundan başqa əlavə şifrələrin olmadığını qeyd edib.

Aktrisa gecə həyatının demək olar ki, olmadığını, vaxtının əsas hissəsini evdə və çəkilişdə keçirdiyini söyləyib. Sezen ailəsi ilə birlikdə yaşadığını və ittihamların onun nüfuzuna xələl gətirmək məqsədi daşıdığını iddia edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.