Cəlilabadda itkin düşən şəxsin qətlə yetirildiyi üzə çıxdı - Şübhəli tutuldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cəlilabadda 2019-cu ildə itkin düşən şəxsin qətlə yetirildiyi müəyyən edilib.
Milli.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Bildirilib ki, 2019-cu ilin aprel ayında Cəlilabad rayonunun Göytəpə şəhər sakini Nadir Məmmədovun həmin ilin martında yaşadığı evdən çıxdıqdan sonra geri qayıtmaması barədə polisə müraciət daxil olub.
Müraciət əsasında Nadir Məmmədovun itkin düşməsi ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri araşdırma və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Toplanmış material üzrə 8 avqust 2019-cu il tarixdə Cəlilabad rayon prokurorluğunda cinayət işi başlanılıb.
İbtidai istintaq çərçivəsində çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri keçirilsə də, Nadir Məmmədovun olduğu yeri müəyyənləşdirmək mümkün olmayıb. Bu səbəbdən cinayət işi üzrə icraat sonuncu dəfə 18 oktyabr 2022-ci il tarixdə dayandırılıb.
Sonrakı dövrdə Cəlilabad rayon prokurorluğu və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən davam etdirilən koordinasiyalı istintaq və əməliyyat-axtarış tədbirləri, həmçinin toplanmış sübutların hərtərəfli təhlili nəticəsində Nadir Məmmədovun itkin düşməsinin qəsdən adam öldürmə ilə əlaqəli olduğu müəyyən edilib.
İbtidai istintaq zamanı Nadir Məmmədovun əvvəldən tanıdığı, 1959-cu il təvəllüdlü Ramiz Ələkbərov tərəfindən qisas almaq məqsədilə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olunub.
Belə ki, 23 aprel 2019-cu il tarixdə Nadir Məmmədovun spirtli içkinin təsiri altında olmasından istifadə edən Ramiz Ələkbərov onu Göytəpə şəhəri ərazisində idarə etdiyi avtomobilə mindirərək Masallı rayonunun Təzə Alvadı kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə aparıb.
Həmin gün saat 22 radələrində Ramiz Ələkbərov avtomobildə olan Nadir Məmmədovu boğaraq qəsdən öldürüb. Daha sonra cinayəti gizlətmək məqsədilə onun meyitini həyətyanı sahədə yerləşən istifadəsiz su quyusuna atıb.
20 sentyabr 2026-cı il tarixdə cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə tövsif edilib.
Ramiz Ələkbərov həmin tarixdə cinayət işi üzrə şübhəli şəxs qismində tutulub. O, müdafiəçisinin iştirakı ilə dindirilərkən elan olunmuş ittiham üzrə ifadə verərək cinayəti törətdiyini etiraf edib.
Həmçinin Ramiz Ələkbərovun iştirakı ilə hadisə yerinə baxış keçirilib. Onun göstərdiyi istifadəyə yararsız su quyusunda qazıntı işləri aparılıb və qazıntı zamanı insana məxsus olması ehtimal edilən sümük fraqmentləri aşkar edilərək götürülüb.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, ötən illərdən bağlı qalmış cinayətlərin, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması Baş Prokurorluq tərəfindən diqqətdə saxlanılır və aidiyyəti dövlət qurumları, o cümlədən Daxili İşlər Nazirliyi ilə birgə kompleks tədbirlər davam etdirilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kadırov seçkidə 99,85 faiz səs topladı
-
Cəlilabadda itkin düşən şəxsin qətlə yetirildiyi üzə çıxdı - Şübhəli tutuldu
-
AMB faiz qərarını açıqlayacaq
-
Çində fabrikdə dəhşətli yanğın: 8 nəfər öldü - (Video)
-
Sentyabrın son həftəsi 3 bürc üçün düşərli olacaq
-
Bakıda avtobus sürücülərindən maraqlı ifa - (Video)
-
Hərbi xidmətdə həbs olunan şəxsin aqibəti necə olacaq?
-
Yasamalda 70 yaşlı qadın dələduzluq etdi
-
Gömrükdə yeni qayda: Bəzi malların bəyan edilməsi sadələşdirilir - (Video)
-
“Komedixana” aktyorlarının rəqsi gündəm oldu – (Video)
-
Ucarda narkotik yetişdirən şəxs saxlanıldı
-
Mourinyo "Real"a nəhəng ekranla məşq keçir - (Foto)
-
Bu gün Ramiz Mehdiyevin məhkəməsi keçiriləcək
-
Pakistan Əfqanıstana aviazərbə endirdi: Ölənlər var
-
Bakıda bəylə gəlin toya motosikletlə getdilər – (Video)
-
İş adamının nəvəsi qonşusunu güllələdi
-
Türkiyədə zəlzələ oldu
-
Azərbaycanlı aparıcı əri ilə fotosunu paylaşdı
-
Bakıda 10 otaqlı yaşayış evində yanğın oldu - (Video)
-
Paytaxtın 16 küçə və prospektində sıxlıq var
-
Bakının iki rayonunda elektrik enerjisi kəsiləcək
-
Daimi pul çatışmazlığının beyin üçün təhlükəsi sübut edildi
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəb
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər





