Dünya

Bu qoç 1 milyon dollara satıldı

21 Sentyabr 2026 16:00
Baxış: 157
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qırğızıstanda "Araşan" cinsindən olan bir qoç 1 milyon dollara satılıb.

Milli.Az xəbər verir ki, bu barədə Qırğızıstan Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistandan fermerlərin qatıldığı beynəlxalq festival çərçivəsində böyük məbləğdə müqavilə imzalanıb. Tədbir "Araşan" cinsinin inkişafına həsr olunub.

Məlumata görə, 1 milyon dollara satılan qoç 2023-cü ildə Qazaxıstandan 150 min dollara alınmış Frankel adlı qoçun nəslindəndir.

"Araşan" cinsi rəsmi olaraq 2021-ci ildə Qırğızıstanda qeydiyyata alınıb. Cinsin inkişafına 1970-ci illərdə Çuy bölgəsində yerləşən Maşın Sınaq Stansiyasında başlanılıb. Festivalda Tacikistandan gətirilən Hisar qoçları və yerli qaba yunlu qoyunlar da nümayiş etdirilib.

Qırğızıstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, "Araşan" qoyunları yüksək məhsuldarlığı, yumşaq və şirəli əti, eləcə də yağlı quyruğu ilə seçilir. Cins həm yüksək dağlıq ərazilərin, həm də düzənlik çöl şəraitinin iqliminə uyğunlaşıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.