Bakıya uçan azərbaycanlı iş adamından 2,3 milyon rubl tapıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyadan Azərbaycana külli miqdarda pulu gizli gətirmək istəyən şəxs saxlanılıb.
Milli.Az lent.az-a istinadla xəbər verir ki, hadisə Novosibirsk şəhərindəki Tolmaçyovo hava limanında baş verib. İddia olunur ki, gömrük əməkdaşları külli miqdarda nağd pulun qanunsuz şəkildə Rusiyadan çıxarılmasının qarşısını alıblar. Məlum olub ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Azərbaycana uçmağa hazırlaşan 40 yaşlı Rusiya vətəndaşıdır.
Məlumata görə, həmin şəxs "yaşıl dəhliz"dən keçərək üzərində məcburi bəyan edilməli olan mal və ya pul olmadığını təsdiqləyib. Yoxlama zamanı gömrük müfəttişi ondan özü ilə nə qədər nağd pul apardığını soruşub.
Sərnişin üzərində 1,5 milyon rubl (təxminən 31 min 534 manat) olduğunu desə də, yoxlama zamanı bunun yalan olduğu üzə çıxıb. Onun bel çantasında 2 milyon 606 min 500 rubl (təxminən 54 min 796 manat), həmçinin 100 ABŞ dolları və 43 Azərbaycan manatı aşkarlanıb.
Sibir Gömrük İdarəsinin məlumatına görə, sərnişin baş verənləri qüvvədə olan nağd pul aparılması qaydalarını bilməməsi ilə izah edib. Lakin bu, onu məsuliyyətdən azad etməyib.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 200.1-ci maddəsinin 1-ci hissəsi ("Külli miqdarda nağd pul vəsaitlərinin qaçaqmalçılığı") ilə cinayət işi başlanıb. Aşkarlanan bütün pul vəsaitləri müsadirə edilib. Onların sonrakı taleyinə məhkəmə qərar verəcək.
Qeyd edək ki, saxlanılan şəxs Rusiyada bizneslə məşğul olub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda yeniyetmənin iPhone 16-sını soyğunla aldılar
-
Trampın gizli söhbəti yayıldı
-
Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürüldü
-
Azərbaycanda əhalinin yarısı bundan əziyyət çəkir
-
19 yaşlı Zeynəbin axtarışları 30 gündür nəticə vermir
-
Alim Qasımov qızına duyğusal təbrik yazdı
-
Süni intellektlə bağlı yeni faktlar üzə çıxdı
-
ABŞ Prezidenti: Lazım olsa, sursatları sürətlə istehsal edəcəyik
-
Məşhur fanatısınız? - Bu əlamətlər sizdə də varsa, diqqətli olun
-
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışdı - Yaxın günlərdə...
-
Bakıya uçan azərbaycanlı iş adamından 2,3 milyon rubl tapıldı
-
İlk dəfə CineMastercard-da: ScreenX formatı üçün xüsusi çəkilmiş "Hörümçək-Adam" - (Video)
-
Bərdədə açıq sahədə yanğın
-
20-dən çox ölkənin nümayəndələrinin iştirakı ilə keçiriləcək Azerbaijan Dance Festival 2026-nın proqramı təqdim olunub – biletlər satışda - (Video)
-
Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin
-
Qavi verdiyi vədə əməl etdi - Saçını boyadı
-
İran millisinin sabiq futbolçularına Avstraliya vətəndaşlığı verildi
-
Tahir Kərimliyə ağır itki
-
Saat 17:00-dan sonra bu qidaları yeməyin - Həkimlər xəbərdarlıq edir
-
"Qarabağ"da yeni təyinatlar
-
Kiberhücumçular brauzer yeniləməsi adı ilə virus yayırlar
-
Fəxrəddin İsmayılov Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi təyin edilib
-
DSX-dən əməliyyat: 105 kiloqramdan çox narkotik aşkarlanıb
-
Gecə tez-tez oyanmağın əsas səbəbləri məlum oldu





