Cəmiyyət

Mal əti bahalaşdı

6 Avqust 2026 11:37
Baxış: 511
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İsmayıllıda mal ətinin qiyməti bahalaşıb.

Milli.Az xəbər verir ki, son iki gün ərzində rayon üzrə pərakəndə satışda ətin kiloqramı 17 manatdan 18 manata yüksəlib.

Qəssablar bildirirlər ki, qiymət artımı satış həcminə də mənfi təsir göstərib. Alıcılar da bahalaşmanı hiss etdiklərini, bunun gündəlik ərzaq xərclərinə əlavə yük yaratdığını deyirlər.

Satıcıların sözlərinə görə, qiymət dəyişikliyinin əsas səbəbi fərdi təsərrüfatlardan alınan diri iribuynuzlu heyvanların bahalaşmasıdır. Alış qiymətlərinin artması nəticədə mal ətinin pərakəndə satış qiymətinin də yüksəlməsinə səbəb olub. 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.