Hansı ölkələrə şəxsiyyət vəsiqəsi ilə gedə biləcəksiniz? - Siyahı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderləri oktyabrın 29-da Ankarada bir araya gələcəklər. Təşkilatın Zirvə görüşü Türkiyənin Cümhuriyyət bayramı gününə təsadüf edəcək. Bildirilir ki, türk dövlətləri vətəndaşların xarici pasport olmadan, yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səyahət edə bilməsi istiqamətində iş aparırlar.
Bu təşəbbüs nə vəd edir? Mümkün üstünlükləri nələrdir?
Milli.Az xəbər verir ki, Globalinfo.az-a danışan deputat Azər Badamov sözügedən görüşün həm siyasi, həm də rəmzi baxımdan xüsusi əhəmiyyət daşıdığını bildirib.
"Zirvənin məhz Türkiyə Cümhuriyyətinin yaranmasının ildönümünə təsadüf etməsi Türk Dünyasının birliyinə və həmrəyliyinə verilən önəmin göstəricisidir. Bu, həm də ortaq tarixə, dəyərlərə və gələcəyə hesablanmış mühüm siyasi mesajdır. Zirvə çərçivəsində müzakirə ediləcək əsas məsələlərdən biri də TTDT-yə üzv ölkələrin vətəndaşlarının qarşılıqlı səfərləri zamanı pasport əvəzinə şəxsiyyət vəsiqəsindən istifadə etməsi ilə bağlı təşəbbüsdür. Hesab edirəm ki, bu, təşkilat daxilində inteqrasiyanın yeni mərhələyə keçdiyini göstərən mühüm addımdır.
Artıq Azərbaycan və Türkiyə arasında bu model uğurla tətbiq olunur və vətəndaşlarımız yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlər edə bilirlər. Bu təcrübənin digər türk dövlətlərini də əhatə etməsi insanların gediş-gəlişini xeyli asanlaşdıracaq, turizmin inkişafına, ticarət əlaqələrinin genişlənməsinə, investisiyaların artmasına, tələbə və alim mübadiləsinin güclənməsinə, həmçinin mədəni-humanitar əlaqələrin daha da dərinləşməsinə ciddi töhfə verəcək", - deyə o qeyd edib.
Deputatın sözlərinə görə, bu təşəbbüsün siyasi əhəmiyyəti olduqca böyükdür:
"Çünki eyni soykökə, ortaq tarixə və oxşar dillərə malik xalqlar arasında sərbəst hərəkətin təmin olunması qarşılıqlı etimadı və həmrəyliyi daha da möhkəmləndirəcək. İnsanlar bir-birini daha yaxından tanıyacaq, biznes əlaqələri genişlənəcək və ortaq türk kimliyi daha da güclənəcək. Bu gün dünya sürətlə dəyişir və regional birliklərin rolu getdikcə artır. Türk Dövlətləri Təşkilatı da artıq təkcə mədəni platforma deyil, siyasi, iqtisadi və geostrateji əməkdaşlıq mərkəzinə çevrilməkdədir.
Enerji təhlükəsizliyi, Orta Dəhliz, nəqliyyat, logistika, rəqəmsal transformasiya və ticarət sahələrində əməkdaşlığın genişlənməsi təşkilatın beynəlxalq nüfuzunu daha da artırır. Azərbaycan və Türkiyə münasibətləri uzun illərdir "Bir millət, iki dövlət" prinsipi üzərində inkişaf edir. Hesab edirəm ki, artıq bu əməkdaşlıq modeli bütün türk dünyası üçün nümunəyə çevrilib. Qarşıdakı mərhələdə məqsəd "Bir millət, beş dövlət" ruhunu daha da gücləndirmək, gələcəkdə isə TTDT-nin bütün üzvləri arasında sərbəst hərəkət, iqtisadi inteqrasiya və siyasi həmrəyliyi daha da dərinləşdirməkdir. Bu, həm türk dövlətlərinin beynəlxalq mövqelərini gücləndirəcək, həm də regionda sabitlik, inkişaf və rifaha mühüm töhfə verəcək".
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının üzvləri - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan (2009-cu ildən), Özbəkistan (2019-cu ildən), müşahidəçi ölkələri isə Macarıstan (2018-ci ildən), Türkmənistan (2021-ci ildən) və Şimali Kipr Türk Respublikasıdır (2022-ci ildən).
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan vasitəsilə Ermənistana 979 ton buğda göndərildi
-
Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
-
Azərbaycan kağızsız hökumət modelinə nə zaman keçəcək?
-
Mal əti bahalaşdı
-
Ana südünün möcüzəvi tərkibi: 400-ə yaxın faydalı komponent aşkarlanıb
-
Müavinət alanların diqqətinə: Kimlərin ödənişi dayandırılır?
XƏBƏR LENTİ
-
Yaponiyada yenidən güclü zəlzələ baş verdi
-
Bakıda ofisdə 51 yaşlı kişinin meyiti tapıldı
-
Azərbaycan vasitəsilə Ermənistana 979 ton buğda göndərildi
-
Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi
-
Paşinyan Qırğızıstana səfər edib
-
Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
-
Azərbaycan kağızsız hökumət modelinə nə zaman keçəcək?
-
Mal əti bahalaşdı
-
Ana südünün möcüzəvi tərkibi: 400-ə yaxın faydalı komponent aşkarlanıb
-
Müavinət alanların diqqətinə: Kimlərin ödənişi dayandırılır?
-
Səlim Müslümovun əmlakı rekord qiymətə satıldı
-
Hansı ölkələrə şəxsiyyət vəsiqəsi ilə gedə biləcəksiniz? - Siyahı
-
FHN-dən çimərliyə gedənlərə xəbərdarlıq
-
Qubada zəncirvari qəza: 5 nəfər xəsarət aldı
-
Rusiya Qara dənizdə iki gəmiyə zərbə endirib
-
Bakı–Tbilisi–Bakı qatarına bilet satışının müddəti artırılıb
-
Tərtərdə faciə: Ər-arvad yanaraq öldü
-
Kolleclərə qəbulda yeni göstəricilər açıqlandı
-
Ana südünü necə artırmaq olar?
-
Günelin 33 il əvvəlki görüntüsü gündəm oldu - (Video)
-
Gürcüstanda elektrik enerjisi tam bərpa edildi
-
Naxçıvanda bir ayda 50 yanğın hadisəsi baş verib
-
"Azeri Light"ın qiyməti 91 dollara düşdü
-
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır





