Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mətbuata açıqlama ilə çıxış edib.
Milli.Az xəbər verir ki, o, Demokrat.az-a açıqlamasında qeyd edib ki, əvvəllər də Azərbaycan ictimaiyyətinə məlum olduğu kimi, 2025-ci ilin oktyabrın 21-də Paris Cinayət Məhkəməsi tərəfindən Qənimət Səlim oğlu Zahidov barəsində hökm çıxarılıb və həmin hökmə əsasən o, Fransa qanunları ilə cinayət törətmiş şəxs hesab olunub və bu ölkədə cinayət törətmiş şəxslər kateqoriyasına daxil edilib.
Məhkəmə yekun qərarında bildirib ki, həmin şəxs barəsində məhkumluğun yaranması onun hansısa cəzaya məhkum edilməsindən daha vacibdir.
"Azərbaycan tarixində ilk dəfədir ki, xaricə sığınmış, Azərbaycan dövlətinə, Azərbaycan dövlət rəsmilərinə, Azərbaycanın ayrı-ayrı ictimai-siyasi xadimlərinə qarşı şər-böhtan atan, qara yaxan, həqiqətə uyğun olmayan fikir ifadə edən bəzi blogerlərdən biri olan Qənimət Zahid haqqında sığındığı ölkədə belə bir qərarın əldə olunmasına nail olunub".
Çingiz Qənizadə bildirib ki, 2019-cu ildə başlatmış olduğu ədalət mühakiməsi prosesini 2025-ci ilin oktyabrın 21-də uğurla sona çatdırmağa nail olub. O, prosesin uzun müddət çəkməsini pandemiya dövrü ilə əlaqələndirib.
"Sonda qeyd etmək istəyirəm ki, həmin hökmlə bağlı Qənimət Zahidov həm Fransa qanunları ilə cəzalanaraq orada cərimə ödəməli olub, həm də mənə dəymiş maddi və mənəvi zərərlərə görə o kompensasiya ödəmək öhdəliyi onun boynuna qoyulub.
Düzdür, uzun müddətdir o bundan yayınmağa çalışırdı. Fransadakı vəkillərimin səyi, bacarığı və qanuna hörmət edən şəxslər kimi onların vəkillərinin də təzyiqi nəticəsində Qənimət Zahid Fransa məhkəməsinin çıxardığı zərərin ödənilməsi ilə bağlı kompensasiyaları iki gün öncə tam ödəyib.
Bu bir qələbədir və mənim niyyətim, məqsədim bu cür insanları sığındıqları ölkələrdə cəzalandırmaq idi və buna da nail oldum" - Çingiz Qənizadə fikrini yekunlaşdırıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İş müsahibəsində uğur gətirən 3 strateji "ağ yalan"
-
Adil Yıldırım: "Gündə 20 dəfə əlaqədə olurdum, İtaliyada ciddi müalicə aldım" - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb - ( Video)
-
Uşağa qələmi düzgün tutmağı öyrətməyin maraqlı üsulu – (Video)
-
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - (Foto)
-
İbad Hüseynov səfirliyin dəstəyi ilə Azərbaycana qayıtdı
-
Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları
-
Yuyulduqdan sonra yığılan gödəkçəni əvvəlki halına qaytarmağın yolları
-
Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb - Yenilənib
-
Günün qoroskopu: Şəxsi həyatınızda bəzi gərginliklər yaşana bilər
-
Qubadlının işğaldan azad edilməsindən 6 il ötür
-
Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır - (Video)
-
“Qızımı belə böyütməməli idim“ - Sənubər İsgəndərli
-
Rafet El Romanın azərbaycanlı nişanlısı - (Foto)
-
Bəzi kolleclər bağlana bilər - (Video)
-
Bacısı Aygün Bəylərin qızı ilə bağlı vəsiyyətini açıqladı
-
Deputatın oğlu "Yeraz Əhməd" dava edənləri barışdırmaq istəyirmiş - (Video)
-
"Cəhənnəm Necati"yə hökm oxundu
-
“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Engin Altana ağır itki - (Foto)
-
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
-
“Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə - Yenilənib
-
Zeytun Festivalının açılışı olub - (Foto)
-
Deputatın oğlunun iştirakı ilə cinayətdə öldürülən Ceyhunla bağlı yeni detal





