Kriminal

Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb - Yenilənib

25 Oktyabr 2026 00:12
Baxış: 399
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Tovuzda bir nəfərin ölümünə, bir nəfərin isə xəsarət almasına səbəb olan şəxs saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində kəsici-deşici alətlə Ü. Abdullayevə xəsarət yetirən və Nizami Qurbanovu qətlə yetirməkdə şübhəli bilinən 24 yaşlı Elnur Sadıqov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

----------

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, iki nəfər bıçaqlanıb, onlardan biri hadisə yerində ölüb. 1988-ci il təvəllüdlü Ü. Abdullayev isə bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Ona dərhal yardım edilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.