Kriminal

Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat - (Foto/Video)

24 Oktyabr 2026 19:50
Baxış: 781
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emin" ləqəbli Emin Rəhimov və MMA döyüş növü üzrə idmançı Elmar Cəfərov olduğu bəlli olub.

Hadisə yerindən qaçaraq gizlənən həmin şəxslər DTX tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, dəhşətli cinayətdə öldürülən Ceyhunun isə öz ətrafında "Ceyhun Sabunçu" adı ilə tanındığı bildirilir.

Hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.

Deputatın oğlu da daxil olmaqla hadisə ilə bağlı 9 nəfər müxtəlif əməllərə görə, Elmar Cəfərov və Emin Rəhimov isə qəsdən adamöldürməyə görə saxlanılıblar.

Fotoda Əhməd Əlizadə

Fotoda "Ceyhun Sabunçu"

Fotoda Əhmədin dostu Kamran

Fotoda Əhmədin dostu Həsən

Hadisənin başladığı kabinet

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.