Azərbaycan kağızsız hökumət modelinə nə zaman keçəcək?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Daha beş İcra Hakimiyyətinin İT sistemləri "Hökumət buludu"na köçürülüb. "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"na əsasən, Azərbaycanda elektronlaşma prosesinin daha sürətlənəcəyi gözlənilir.
Milli.Az xəbər verir ki, Fəaliyyət planında rəqəmsal infrastrukturun inkişafı, elektron hökumət və rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi mühüm prioritetlər kimi müəyyən edilib.
Sənəddə əsas istiqamətlərdən biri də kağızsız hökumət modelinə keçiddir. Bu çərçivədə dövlət qurumlarında sənəd dövriyyəsinin tam elektronlaşdırılması və kağızsız idarəetmə sisteminin tətbiqi planlaşdırılır.
Bəs, Azərbaycan kağızsız hökumət modelinə nə zaman keçəcək?
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, plana əsasən, kağızsız hökumətin formalaşması fəaliyyət istiqamətinə uyğun olaraq əsas icraçı qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.
Deputat nəzərə çatdırıb ki, Kağızsız hökumət dövlət qurumlarının daxili biznes proseslərinin azı 80 faizinin (maliyyə, insan resursları, satınalma) təhlilini, müəssisə resurslarının planlaşdırılmasını və rəqəmsal iş axını üçün vahid texniki meyarların təsdiqini özündə ehtiva edir. Bu, müəssisə resurslarının planlaşdırılması və rəqəmsal iş axını sistemləri tətbiq olunan qurumların payının 40 faizi üstələməsinə gətirib çıxaracaq:
"Azərbaycanda kağızsız hökumətə keçid 2 il sonra- 2028-ci ilin iyul ayında reallaşacaq. Bununla da dövlət qurumlarında sənəd dövriyyəsinin və əməliyyatların 80 faizi rəqəmsal formata keçiriləcək. Bu, innovativ sahələrin ümumi daxili məhsuldakı payının artırılmasına, sahibkarlığın inkişafına, vətəndaşların dövlət xidmətlərindən istifadəsinin genişləndirilməsinə və dövlət idarəçiliyinin rəqəmsal transformasiyasına mühüm töhfə verəcək".
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu ərazidə qar örtüyünün hündürlüyü 39 santimetrə çatdı
-
Mərdəkan şossesində qəza baş verdi, yolda sıxlıq yarandı
-
Ərdoğan Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
-
“Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir? - Dosye
-
Şuşada Azərbaycanla həmrəyliyimizi bir daha nümayiş etdirdik - Ərdoğan
-
COP31 Türkiyədə öz işinə başlayıb
-
Pensiyalar bu tarixdə ödəniləcək
-
Prezident İlham Əliyev Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif edib
-
İllər əvvəlki fotoları gündəm oldu
-
Mingəçevirdə 27 yaşlı kişi bıçaqlandı
-
Rusiya və Ukrayna ABŞ-ın vasitəçiliyi ilə danışıqlar aparacaq
-
Məşhur türk aparıcı kişi axtarır: “Çox varlı olsun, yaxşı öpməyi bacarsın”
-
Həmin ölkələrdən ödəniş tələb etdi: "Tramp olmasaydı, İsrail mövcud olmazdı"
-
Azərbaycanlı biznesmenin 141 milyonluq mülkünə həbs qoyuldu
-
“Şahzadə Mustafa”dan etiraf
-
Füzuli Rzaquliyev vəfat etdi
-
Xalq artisti göz yaşı tökdü: “Qızımın cehizləri qırmızı lentlə bağlı qalıb” - (Video)
-
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib - Yenilənib - Foto
-
Bu həftə ən çox qazanacaq BÜRCLƏR
-
Türkiyədə iki yüksək vəzifəli şəxs tutuldu
-
Brüs Uillisin qızından duyğulandıran paylaşım - (Video)
-
800 illik qala 1 avroya satılır - (Foto)
-
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərində - (Foto-Video)
-
Özcan Denizin arvadı ağır əməliyyat keçirəcək





