Şou-biznes

Günelin 33 il əvvəlki görüntüsü gündəm oldu - (Video)

6 Avqust 2026 10:24
Baxış: 556
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Müğənni Günel Zeynalova sosial media hesabında arxiv görüntüsünü izləyiciləri ilə bölüşüb.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, sənətçi paylaşımında 1993-cü ilə aid videonu yayımlayaraq həmin kadrlarda "Şuşanın dağları" mahnısını ifa etdiyini bildirib.

Günel paylaşımına "1993-cü il. Mahir əminin kamerasından. "Şuşanın dağları"nı oxumağımdan illər keçib. 2026-cı il tonu necədir?" sözlərini yazıb.

İfaçı daha sonra Şuşanın azad olunmasına da toxunaraq bunları əlavə edib:

"Şuşamın dağları bir vaxtlar xəyallarda idi, amma artıq həyatımızda, ayaq basdığımız torpaqlarımızdır. Çox şükür. Allah şəhidlərimizə rəhmət eləsin".

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.