Müğənni Günel Zeynalova sosial media hesabında arxiv görüntüsünü izləyiciləri ilə bölüşüb.
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, sənətçi paylaşımında 1993-cü ilə aid videonu yayımlayaraq həmin kadrlarda "Şuşanın dağları" mahnısını ifa etdiyini bildirib.
Günel paylaşımına "1993-cü il. Mahir əminin kamerasından. "Şuşanın dağları"nı oxumağımdan illər keçib. 2026-cı il tonu necədir?" sözlərini yazıb.
İfaçı daha sonra Şuşanın azad olunmasına da toxunaraq bunları əlavə edib:
"Şuşamın dağları bir vaxtlar xəyallarda idi, amma artıq həyatımızda, ayaq basdığımız torpaqlarımızdır. Çox şükür. Allah şəhidlərimizə rəhmət eləsin".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)