Maaşdan tutulmaların həddi müəyyənləşib - Kimlərə aiddir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda əməkhaqqından tutulmalar yalnız qanunvericiliyin icazə verdiyi hallarda həyata keçirilə bilər.
Milli.Az xəbər verir ki, Əmək Məcəlləsinə görə, işçinin maaşından vəsait yalnız onun yazılı razılığı ilə və ya qanunla nəzərdə tutulan icra sənədləri əsasında tutula bilər. Bundan əlavə, işəgötürən aşağıdakı hallarda öz sərəncamı ilə tutulma apara bilər:
- vergilər, sosial sığorta haqları və digər məcburi ödənişlər;
- icra sənədlərində göstərilən məbləğlər;
- işçinin təqsiri nəticəsində vurulan zərər (tam maddi məsuliyyət halları istisna olmaqla, orta aylıq əməkhaqqını keçməmək şərti ilə);
- işçi məzuniyyət götürüb iş ili tamamlanmadan işdən ayrıldıqda, istifadə etdiyi işlənməmiş məzuniyyət günlərinin ödənişi;
- ezamiyyə üçün verilmiş avansdan istifadə edilməyən və geri qaytarılmayan hissə;
- mühasibatın riyazi səhvi nəticəsində artıq ödənilmiş məbləğ;
- təsərrüfat xərcləri üçün verilmiş, lakin vaxtında qaytarılmayan və ya xərclənməyən vəsait;
- kollektiv müqavilədə nəzərdə tutulan digər tutulmalar;
- həmkarlar ittifaqı üzvlərinin üzvlük haqları.
Avansın, borcun və ya mühasibat səhvi nəticəsində artıq ödənilmiş məbləğin tutulması həmin hal baş verdiyi tarixdən etibarən 1 ay ərzində həyata keçirilə bilər. Bu müddət keçdikdən sonra həmin məbləğin əməkhaqqından tutulmasına yol verilmir.
İşdənçıxma müavinəti və qanunla vergidən azad edilmiş digər ödənişlərdən tutulma edilə bilməz. Həmçinin, riyazi səhv istisna olmaqla, işçiyə artıq ödənilmiş əməkhaqqının geri tutulması qanunla mümkün deyil.
İşçi yazılı ərizə verdiyi halda, maaşının müəyyən hissəsi kommunal ödənişlərə, bank kreditlərinə və ya digər şəxsi borcların ödənilməsinə yönəldilə bilər. Belə ərizə olmadıqda isə kreditorların tələbi ilə maaşdan tutulma aparılması mümkün deyil.
Qanunvericiliyə əsasən, hər əməkhaqqı ödənişində ümumi tutulma məbləği adətən işçiyə veriləcək maaşın 20%-ni, xüsusi hallarda isə 50%-ni keçə bilməz. Bir neçə icra sənədi olduqda da işçinin maaşının ən azı 50%-i ona ödənilməlidir.
Aliment, sağlamlığa vurulan zərərin ödənilməsi, ailə başçısını itirməyə görə kompensasiya, cinayət nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi və islah işləri ilə bağlı hallarda isə bu məhdudiyyətlər tətbiq olunmur. Belə vəziyyətlərdə əməkhaqqından tutulmalar maksimum 70%-ə çata bilər.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Köhnə əşyaları atanlar bunu bilsəydi... - Evdəki əşyaların gizli dəyəri
-
"Düşmənə dərs verən bunlardır" - (Video)
-
“Biz qayıtmışıq!” – AzTV-dən Böyük Qayıdışla bağlı maraqlı videoçarx
-
Bu ərazidə qar örtüyünün hündürlüyü 39 santimetrə çatdı
-
“Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir? - Dosye
-
Pensiyalar bu tarixdə ödəniləcək
XƏBƏR LENTİ
-
Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
-
Saatlarla oturanların diqqətinə
-
Təzyiqi aşağı salan 5 əsas qida
-
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
-
Evdə stress yaradan 5 şey
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
-
Türkiyədə yeni neft yataqları tapıldı
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
-
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Azərbaycan Türkiyəyə başsağlığı verdi
-
Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub
-
Tuncay Şamil 50-ci yubiley dünya çempionatının gümüş medalını qazandı
-
Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" açıqlandı
-
Şəmkirdə vəzifəli şəxs vəfat etdi
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Hacıqabul rayonundan paylaşım edib - (Foto/Video)
-
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: “1 nömrə mənəm”





