Qurban Qurbanovdan məğlubiyyət şərhi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Çox danışılası bir şey yoxdur. Rəqibi təbrik edirəm. Cavab oyununa hazırlaşmalıyıq".
Milli.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ı baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin Kiyev "Dinamo"su ilə keçirilən ilk oyundan sonra tşkil edilən mətbuat konfransında deyib.
O, səfərdə keçirilən və 0:1 hesabı ilə uduzduqları matçı belə şərh edib: "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi. Bir az sürəti artırmalı idik. Bəlkə də, hava şəraiti imkan vermədi. Çox isti idi. Futbolçuların üzərinə çox getmək istəmədik. Bakıya qayıdandan sonra oyunu tam analiz edəcəyik və cavab matçına hazırlaşacağıq".
- Məğlubiyyətin əsas səbəbi nə oldu?
- Səbəblər demək olar. Kiçik bir texniki səhv oldu və qol buraxdıq. Ümumi olaraq müdafiədə heç də pis davranmadıq. Hücum xəttində bir az aqressivlik çatmadı.
- Abdullah Zubir heç də yaxşı formada deyildi və bəlkə də bu gün ən pis oyunlarından birini keçirdi. Zubiri bu gün təcrübəsinə görə oynatdınız, yoxsa oyuna hazır hesab etdiniz?
- Bu gün 11-likdə Zubirə ehtiyac var idi. Bir neçə hücumumuz Zubirin vasitəsilə qurulmalı idi. Düzdür, 1-2-si alınsa da, tam alınmadı, amma hər bir halda Zubiri ilk 11-likdə düşünmüşdüm. Hansısa bir səbəb yoxdur. Sonda azarkeşlərimizə də təşəkkür edirəm ki, bizə burada dəstək verdilər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qəssablar müştərilərin almaqdan çəkindiyi tək ət növünü açıqladılar
-
Dəməşqdə partlayış olub - ölənlər və yaralılar var
-
Prokurorluğa şikayət etdiyi 17 yaşlı qızının sevgilisi ilə fotoları yayıldı
-
Qurban Qurbanovdan məğlubiyyət şərhi
-
"Real Madrid"in transfer planı alınmadı: Rodri "Barselona"ya üz tutdu
-
Günün qoroskopu: Ani qərarlarla edilən xərclərdən qaçmalısınız
-
“Beşiktaş” səfərdə qələbə qazanıb
-
Sonaxanım Əliyeva dərmanlarla arıqladığını açıqladı
-
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
-
"Qarabağ" səfərdə "Dinamo"ya minimal fərqlə uduzub - Yenilənib
-
Demet Akalının makiyajsız halı (Video)
-
Tələbələrin Bakıya gəlişi ilə bağlı bəzi ərazilərdə kirayə qiymətləri artacaq
-
İmişlidə 5 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb
-
Dənizdə batan Ruslan Azərbaycan çempionu imiş
-
Əmək pensiyaları ilə bağlı Vüqar Bayramovdan açıqlama
-
Sabah Sabunçuda qaz olmayacaq
-
Ceyhun Bayramov Ukrayna Təhlükəsizlik Şurasının katibi ilə görüşüb (Foto)
-
"Real Madrid"də Vinisiusun taleyinə aydınlıq gəldi
-
Səidə Bəkirqızına qarşı məhkəmə - Qərar açıqlandı
-
Zelenski Ceyhun Bayramovu qəbul edib (Foto/Video)
-
Ceyhun Bayramov Ukrayna Prezident Ofisinin rəhbəri ilə görüşüb (Foto)
-
Motosikletlə “Mercedes” toqquşdu - xəsarət alan var
-
"Belə geyinirəm ki, insanların gözü gözəllik görsün"
-
16 yaşlı gənc Pirşağıda dənizdə batdı





