Tələbələrin Bakıya gəlişi ilə bağlı bəzi ərazilərdə kirayə qiymətləri artacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni tədris ilinin başlanmasına sayılı həftələr qaldıqca bölgələrdən minlərlə tələbənin Bakıya axını kirayə mənzil bazarında da canlanma yaradır. Mütəxəssislərin fikrincə, avqustun sonuna doğru tələbin daha da artması paytaxtın bəzi rayon və qəsəbələrində kirayə qiymətlərinin yüksəlməsinə səbəb ola bilər.
Bəs bahalaşmanın daha çox hansı ərazilərdə müşahidə ediləcəyi gözlənilir?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, hazırda tələbələrin yerləşdirilməsi prosesi tam başa çatmadığı üçün kirayə bazarında hələlik ciddi aktivlik müşahidə olunmur.
"Hazırda bazarda yalnız nisbi canlanma var. Ümumilikdə isə kirayə mənzil bazarında mövcud tendensiya dəyişməyib - tələb yüksək, təklif isə məhduddur. Bununla belə, indiki mərhələdə bu amil qiymətlərə hələ ciddi təsir göstərmir", - deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, avqustun sonuna doğru tələbə axınının artması kirayə bazarında daha dinamik vəziyyət yaradacaq:
"Avqustun sonuna yaxın kirayə bazarında əhəmiyyətli canlanma müşahidə ediləcək. Tələbin artması qiymətlərə də təsirsiz ötüşməyəcək və kirayə haqlarında yüksəliş özünü göstərəcək."
Ramil Osmanlı vurğulayıb ki, xüsusilə ali təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə və onların ətrafında yerləşən mənzillərə tələbatın artacağı gözlənilir. Bu səbəbdən həmin istiqamətlərdə kirayə qiymətlərinin digər ərazilərlə müqayisədə daha sürətlə bahalaşacağı ehtimal olunur.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
-
Bakıda kişi binanın dəhlizində faciəvi şəkildə öldü
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
-
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü
-
"Forsaj" serial olacaq
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
-
Türkiyədə 11 şəhərə “sarı” xəbərdarlıq edildi
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
-
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
Putin əmr edib ki, məktəblər də vurulsun - Zelenski
-
Ukrayna ilə sərhəddə PUA düşdü - Rumıniyada yanğın başladı
-
Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
-
Ötən ay sərhədi pozan 20 nəfər saxlanıldı
-
Azərbaycanda evlilik yaşı artır: Gənclər niyə gec ailə qurur?





