Hadisə

“8 gün ac və bağlı otaqda qaldım” - Məşhur rəqqasa qarşı daha bir ittiham

2 Oktyabr 2026 12:24
Baxış: 477
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xəbər verdiyimiz kimi, məşhur rəqqas Nicat Azadlıya qarşı ağır ittihamlar irəli sürülüb.

Milli.Az xəbər verir ki, rəqqasın həyat yoldaşı onun tərəfindən zorakılığa məruz qaldığını iddia edib. Qadın ittihamlarını övladının adına açılmış sosial şəbəkə hesabında paylaşaraq, yaşadıqlarından danışıb.

O, N.Azadlını hamiləlik dövründə ona qarşı zorakılıq göstərməkdə, təhqir etməkdə və övladının ölümünə səbəb olmaqda ittiham edib. Qadın həmçinin dəfələrlə döyüldüyünü, ailə üzvləri tərəfindən də təhqirlərə məruz qaldığını bildirib.

Rəqqasın həyat yoldaşı iddialarını təsdiqləyən görüntülər də yayıb. Videolardan birində N.Azadlının avtomobilin arxa oturacağında övladı ilə birlikdə əyləşən qadına fiziki zorakılıq göstərdiyi iddia olunur.

Qadının sözlərinə görə, görüntülər hüquq-mühafizə orqanlarına təqdim edildikdən sonra rəqqas 1500 manat məbləğində cərimələnib.

O, həmçinin N.Azadlının tələbəsinin anası ilə münasibətdə olduğunu iddia edib. Qadın başqa paylaşımında isə səkkiz gün ərzində evdə bağlı otaqda, yeməksiz saxlanıldığını və müxtəlif vaxtlarda fiziki zorakılığa məruz qaldığını bildirib.

"Kim mənim yaşadığım ağrılı günlərdə yanımda idi? Mənim o evdə 8 gün ac, bağlı otaqda qaldığımı kim görüb? Gecə vaxtı yatdığım otağa girərək uşağın yanında çıx get evdən, deyib məni döyməsini kim bilir? Danışmaq çox asan bir şeydir. Sadəcə deyə bilərəm ki, mən yaşadıqlarımı heç kəsə arzu etmirəm. Mənim övladım dünyaya gələndə o, heç bir xəstəxana xərclərini qarşılamadı. Ailəsi də, o da bizim elə uşağımız yoxdur deyərək, bir dəfə maraqlanmadılar. Atası dəfələrlə dedi ki, get, öldür, türməyə gir. Sonra da 30 000 - 40000 min verib canını qurtar dedi. Bacısının təhqiredici mesajları qalıb. Bir dəfə polisə yığanda anası saçımdan tutub məni divara itələdi. Bunların günahkarı kimdir?".

Həyat yoldaşı, həmçinin uşaqları dünyaya gəldikdən sonra rəqqasın və ailəsinin onunla maraqlanmadığını, müxtəlif təhqir və təzyiqlərlə üzləşdiyini iddia edib.

Qeyd edək ki, avtomobildə xanımına şiddət göstərən Nicat Azadlıya cinayət işi açılıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.